TQDK mərkəzdən köçürülür

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) paytaxtın mərkəzindən köçürülür. Bu barədə “OLAYLAR”a TQDK-dakı mənbələrdən məlumat veriblər. Adının çəkilməsini istəməyən TQDK əməkdaşı bildirir ki, artıq binanın köçürüləcəyi barədə qurum rəhbərliyinə də məlumat verilib. Komissiyanın paytaxtın Xətai rayonu ərazisindəki binalardan birinə köçürüləcəyi bildirilir. Komissiya işçisi deyir ki, artıq həmin ərazidə TQDK-nın köçürüləcəyi bina da məlumdur. Qurum “Qara şəhər” adlanan ərazidə inşa olunan 3 mərtəbəli binaya köçürüləcək. TQDK-da köçürülməyə hazırlığı təsdiqləyən mənbə deyir ki, komissiyanın ilin sonuna qədər yerləşdiyi binadan köçməsi planlaşdırılır.