Biz sənin əsgərinik

Orxan Baxışlı

Bu gün baxışlarım həmişəkindən daha aydın, iradəm daha güclü, enerjim daha çoxdur. Çünki bu gün onun ideyaĺarının, arzularının həyata keçirilməsində azacıq da olsa, mənim də rolum var.
Millətini azad, vətənini müstəqil, vətəndaşını özgür görmək dahi şəxsiyyət Məhəmməd Əmin Rəsulzadənin ən yüksək amalı idi. O, heç nədən Azərbaycan adlı bir əsər yaratmaq istəyirdi. Bunun üçün tarixi şərait yaranmışdı. Minlərlə insan dünyaya inqillab pəncərəsindən baxırdı. Onlar özlərinə təlqin edirdilər ki, zülmün, ədalətsizliyin kökünü kəsib atacaqlar.
M.Ə.Rəsilzadənin bir ideyası vardı-xəyal kimi görünən müstəqil, azad bir dövlət qurub, xalqı işıqlı gələcəyə aparmaq. O, Şərqdə ilk Demokratik Respublikanı qurdu. Artıq öz ordusuna güvənib torpaqını qoruyur, diplomatına güvənib müstəqil siyasət aparır, yüksək tribunalarda tam hüquqlu tərəfdaş kimi çıxış edib imzalar atırdı. Bunlar çətinliklər bahasına başa gəlirdi. Bir tərəfdə içəridə millətinii boyunduruğa sürükləyən qüvvələr, digər tərəfdə dünyaya meydan oxuyan macəraçılar, ətrafında isə bir ovuc silahdaşı. Qurduğu müstəqil dövlətin ömrü cəmi 23 ay oldu.Ona isə canından artıq sevdiyi vətənini tərk etmək qaldı. Xalqın dərdini yaralı qəlbində daşıyaraq göz yaşları ilə eldən-elə, ölkədən-ölkəyə keçərək hər yerdə sönməyən azadlıq eşqindən danışırdı. Bir an da olsa yorulmadı, usanmadı, bezmədi. Yenə mübarizə apardı. Son nəfəsində isə üç dəfə AZƏRBAYCAN deyərək gözlərini əbədi yumdu.
Ruhun şad olsun ulu öndər! Rahat uyu! Bu gün sənin yolunu davam etdirən böyük bir genclik ordusi var. O gənclik ki, sənin başa çatdıra biımədiyin arzularını öz amalı bilir.Yorulmaq bilməyən əsgərin kimi mübarizə aparır.Bu gün hər birimiz sənin əsgərinik. Zindanlara atılsaq, divarlara sıxılsaq da. Müsəlləh əsgərinik!