babek hesenov-yeni

İctimai reaksiyadan sonra Babək Həsənova qarşı təzyiqlərə son qoyulub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Babək Həsənov karantindən ümumi saxlama şəraitinə keçirilib. Bu 6 saylı koloniyada ona qarşı qeyri-insani rəftar barədə faktlar açıqlandıqdan sonra baş veib.

Mayın 15-də B.Həsənov koloniyaya köçürüldükdən sonra məlum olub ki, onu karserə salaraq alçaldıcı hərəkətlər ediblər.

Mayın 19-da qardaşı Cavıdı fəalın yanına buraxıblar. O, mənəvi-psixoloji təzyiq və hədə faktlarını təsdiqləyib.

Mayın 21-də B.Həsənov həbsxanadan doğmalarına telefon edərək “karantin”dən ümumi baraka keçirildiyini bildirib. Ona qarşı təzyiqlərə son qoyulub. Digər məhbuslarla yanaşı ona da ombudsman aparatının əməkdaşları baş çəkiblər. Bu barədə onun qardaşı Cavid Həsənli bildirib.

Cavid hesab edir ki, qardaşına təzyiqlərə son qoyulmasında ictimaiyyətin diqqəti, sosial şəbəkələrdə və KİV-də müzakirələr mühüm rol oynayıb.

Xatırladaq ki, Babək Həsənov ötən ilin mayında AXCP-nin qanunsuz maliyyələşdirilməsi işi üzrə həbs olunub. Məhkəmə onu üç il müddətə azadlıqdan məhrum edib.

Turan