Repressiya və İşgəncələr Əleyhinə Komitə toplantı keçirib. Müsavat Partiyasının qərargahında mayın 18-də baş tutan yığıncaqda repressiya və işgəncələrə məruz qalmışların ailə üzvləri ilə yanaşı, ictimai-siyasi fəallar da iştirak edib. Üç saata yaxın davam edən yığıncaqda çıxışçılar şahidi olduğu və eşitdikləri faktları toplantı iştirakçılarının diqqətinə çatdırıblar. 2012-ci ildə baş vermiş “Eurovision işi”, 2015-ci ilin “Nardaran işi”, 2017-ci ildə baş vermiş “Tərtər işi”, 2018-ci ilin “AXCP işi” və “Gəncə İşi” kimi yadda qalan müəmmalı proseslərindən danışılıb, orada baş verən işgəncə faktları sadalnıb. Tədbirdən hazırlanan videoları təqdim edirik.
Azadliq.info