
Vəkilin sözlərinə görə, şikayətlər təyinat ölkəsinə göndərilmir: “Yəqin ki, sonra itirildi kimi rəsmiləşdirəcəklər. Azərbaycan Höküməti İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 34-cü mafdəsini kütləvi şəkildə pozaraq, ərizələrin AİHM-ə göndərilməsinin qarşısını qanunsuz olaraq alır. Bugün Əfqan Muxtarlı və Nemət Pənahlının məktublarının qanunsuz saxlanılması ilə bağlı rəsmi şikayət etmişik”.