bp-li yığıncaqda I.Əliyev ilginc bir mesajla çıxış etmiş, ancaq bu mesaj bütün düşüncələrin bp-yə yönəlməsi üzündən gərəkən effekti doğurmamışdı. I.Əliyev, demək olar, sözarası demişdi: “Görürsüz də, başqa ölkələrdə polis adamları necə döyüb-əzişdirir”. Bu, rejimin, başlıcası da Ailənin ortaya çıxan milyardlarla oğurluğu ilə bağlı yarana biləcək problemləri aradan qaldırmaq üçün polisə mesaj idi: döyüb-əzişdirin, vurub-dağıdın. O arada telekamera DIN başçısı R.Usubovu göstərdi – Usubob aldığı mesajı tez-tələsik kağıza köçürürdü. O arada telekamera təhsilimizin təhsilsizlik naziri M.Mərdanovu da göstərdi. Mərdanov da qələmə sarılmışdı!
Mesaj özünü çox gözlətmədi. Gənclər qanunsuz yolla – mandat alveri üzərində qurulmuş parlamentin buraxılması çağırışı ilə mitinq keçirmək istədi. Istədi, milli mentalitet, ana-bacı dəyərlərindən BÜTÜNLÜKLƏ uzaq polis vəhşiliyi ilə üzləşdi. Polis qız-qadını yerə yıxıb sürüməklə, qol-qıç eləməklə Ilham Heydər oğlu Əliyevin mesaj gözləntilərini BÜTÜNLÜKLƏ doğrultdu. Biz nə etməliyik? Biz bundan azını gözləyə bilmərik – seçkiyə, özü də OĞRU, KORRUPSIONER rejim üçün çox çətin seçkiyə doğru biz indiyədək gördüyümüz rejim vəhşiliklərindən, rejim cinayətlərindən qat-qat artığını görə bilərik. Bu baxımdan bircə yol var: bir aday problemini bəri başdan çözməklə müxalifətin BÖYÜK BIRLIYINI yaratmaq!
1988-ci il dekabrın 4-dən 5-ə keçən gecə Azadlıq meydanında biz rus ordusu ilə üz-üzə gəldik. Bizi döyüb aparıb Bayıl türməsinə doldurdular. Fakt: ruslar bizi Əliyevlərin polisləri kimi vəhşi düşmənçiliklə döymürdülər, ən başlıcası, ruslar bizi söymürdülər – evdə, ailədə söyüşlə danışan ruslar! Bizdə mitinqə çıxanlar polis zabitlərinin necə iyrənc, böyük-kiçik, ana-bacı bilməyən, türklərdə olmayan söyüşlər söydüklərini yaxşı bilirlər. Polis zabitlərinin belə söyüşlər söyməkləri ölkədə hansı qanacaqda, hansı tərbiyədə, hansı mədəniyətdə hakimiyətin olduğunun parlaq görsənişidir. Yalnız IŞĞALÇI rejim, yalnız IŞĞALÇI rejim başçıları, yalnız IŞĞALÇI rejim zabitləri belə ANTIMILLI davranış sərgiləyə bilərlər. Azərbaycanda 1993-cü ildən Heydər Əliyevin başçılığı ilə IŞĞAL rejimi qurulub!
Son çağlar Rusiyada baş verənlərlə bağlı keçmiş cəbhəçi, indi ANTIMILLI rejim qulluqçularından biri olaraq tanınan hacı Fazil Mustafa müxalifət düşərgəsinə mesaj yollayır: “Kimsə sevinməsin orada baş verənlərə. Çünki Rusiyanın sevmədiyi birinci kateqoriya insanlar Rusiya hegemoniyasını həzm etməyən xalq hərəkatı bazasındadır”. Sovet dönəmində dinin düşməni olaraq tanınan KQB generalı hakimiyətə qayıdışının ilkin çağlarından ölkədə milli demokratik gücləri əzib sıradan çıxarmaq, islamçı-irançıları gücləndirmək yolu tutdu. Beləliklə, o, YAP-la islamçı-irançıların Azərbaycan demokratiyasına düşmən simbiozunu yaratdı. Sonuc ortadadır. ABŞ Sovetə qarşı yaratdığı Talibandan gördüyünü, “müdrik, dahi ümummilli lider” rejimi indi islamçı-irançılardan görməkdədir. Bu baxımdan gerilikçi, qanuntanımaz düşüncə faktına görə Rusiyadan böyük qorxu ölkə içindədir.
Fakt: ötən yüzilin 90-cı illərinin başlanğıcında Iran Islam Respublikasının yardımı ilə Tacikstanda islamçılar hakimiyətə gəldilər. Onlar az bir arada cəbhəçilər başda olmaqla 250 minədək adamı qırdılar. Tacikstanı iransayağı sonu görünməyən qırğınlardan Rusiya qurtardı – islamçıları devirib, Imaməli Rəhmanovu hakimiyətə gətirməklə. Düzdür, I.Rəhmanov demokrat deyil, ancaq o özündən öncəkilər kimi qaniçən də deyil.
Hacı Fazilin N.Nərimanov anlatmasına gəlincə, hər hansı dönüklükdən uzaq, bütün varlığıyla Azərbaycana, Türklüyə, bir də sosialist ideyalarına bağlı olan bu böyük adamın, belələrinin indiki hakimiyətdə yoxluğu bizim milli, siyasi faciəmiz sayılmalıdır, varlığı yox.

Qız-qadını qol-qıç eləyən polis, anan-bacın varmı?
•