Azərbaycan hakimiyyətinin mənimsədiyi pullar Dünya Bankının imiş

Dünya Bankı Azərbaycan hakimiyyətinin korrupsiyasını Kanadada araşdırır

Bombardier Azərbaycanla bağlı korrupsiya ittihamlarına görə Dünya Bankının qadağası ilə üzləşə bilər
Kanada korporasiyası Bombardier Dünya Bankının maliyyələşdirdiyi layihələrdən kənar buraxıla bilər. Haqqında korrupsiya ittihamları səslənən dəmir yolu avandanlıqları müqaviləsi ilə bağlı şirkət xəbərdarlıq məktubu alıb.
İlk olaraq “the Globe and Mail” tərəfindən dərc edilən məktub, 2013-cü ildə Bombardierin başçılıq etdiyi konsorsiumun icrasına verilən 340 milyon dollarlıq müqavilənin davam edən istintaqı ilə bağlı son yenilikləri əks etdirir. Şirkətin daxil olduğu konsorsium Azərbaycandan keçən Asiya ilə Avropanı birləşdirən 500 km-lik dəmir yolu dəhlizini siqnalizasiya avadanlıqları ilə təmin edib.
Dünya Bankının vitse-prezidentinin göndərdiyi xəbərdarlıq məktubu şirkətdən tələb edir ki, iddia edilən qəbahətlərlə əlaqədər intizam məsuliyyətinin tətbiq edilməməsinin səbəbi ilə bağlı izahat verilsin.
Bombardier bildirib ki, “biz məktubda göstərilən ittihamlar və ilkin nəticələrlə qətiyyən razı deyilik”. Məktubda şirkətin auditi ləngitdiyi və ya qarşısını aldığı ittihamları yer alır.
“Nəzərə alınmalıdır ki, xəbərdarlıq məktubu rəsmi ittiham xarakteri daşımır, Dünya Bankının ilkin rəyini ortaya qoyur”, – Bombardier e-poçt vasitəsilə bildirib.
Dünya Bankı qeyd edib ki, “layihələrdə dələduzluq və korrupsiya ittihamlarına ciddi yanaşır”. Lakin davam edən istintaqla bağlı şərh verməkdən imtina edilib.
Kanadanın baş naziri Castin Trudoya ittihamlarla bağlı sual verilib. O, davam edən audit prosesinə inamını ifadə edib.
“Aydındır ki, nə vaxt belə ittihamlar irəli sürülürsə, bunun məşğulluğa potensial təsiri ilə bağlı cəmiyyətdə narahatlıq yaranır. Amma mən bir daha müstəqil proseslərə və Dünya Bankının işinə məsuliyyətlə yanaşacağına inamımı ifadə edirəm”, – Trudo deyib.
Bombardierin İsveç filialında rus işçi ağırlaşdırılmış rüşvət ittihamı ilə həbs edilib. Azərbaycan Dəmir Yollarının daxil olduğu rüşvət işindən İsveç 2017-ci ildə işçininin bəraət istəyi ilə apelyasiyaya müraciət edib. Apelyasiyanın gələn il baş tutacağı gözlənilir.
Azərbaycan layihəsinin böyük bir qismi Dünya Bankı tərəfindən maliyyələşdirilib. Korrupsiya qalmaqalı Bombardieri Dünya Bankının qara siyahısına sala bilər. Bu baş verərsə, şirkət maliyyə institutunun dəstəklədiyi layihələrindən kənar qala bilər.
Dünya Bankı Hindistan və Braziliyanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrin infrastruktur layihələrinə borc təklif edir. Bombardier ən çox gəlir gətirən dəmir yolu şöbəsi vasitəsilə sərvətinin bir qismini bu iki ölkədən əldə edir.

Azadlıq.info