Hüquq müdafiə Təşkilatları Monitorinq Qrupu prezidentə müraciət edib. Bu barədə “Qafqazinfo”ya İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı məlumat verib.
Müraciətdə bildirilir:
“Hörmətli cənab Prezident! Hüquq müdafiə Təşkilatları Monitorinq Qrupu müsəlman dünyasının müqəddəs Qurban Bayramı ərəfəsində humanistlik göstərərək 20 oktyabr 2012-ci ildə gənclərin keçirməyə cəhd etdikləri aksiyada həbs olunan 12 nəfər gəncin azadlığa buraxılmasını xahiş edir”.
Hüquqmüdafiə Təşkilatları Monitorimq Qrupunun üzvləri:
Novella Cəfərova–D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri
Səidə Qocamanlı–İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri
Səadət Bənənyarlı–Beynəlxalq İnsan Hüquqları Müdafiə Təşkilatının Azərbaycan bölməsinin sədri