Əli Kərimli ABŞ səfiri ilə görüşüb

AXCP sәdri Әli Kәrimli aprelin 26-da ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberger ilə görüşüb. Görüşdә Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanda insan haqları və demokratikləşmə sahəsindəki problemlər, siyasi məhbus problemi, sərbəst toplaşmaq azadlığına yaradılan maneələr və başqa vacib məsələlər müzakirə olunub. Bu barәdә partiyanın mәtbuat xidmәti mәlumat verib.