ulduz fali

Günün ulduz falı (21.10.12)

QOÇ
Gün maraqlı keçəcək. Xoşbəxtlikdən bu gün sizə lazım olan şəxsin diqqətini cəlb edəcəksiniz. Yeni münasibət qurmağa çəkinməyin. Ulduzlar bu məsələdə sizi dəstəkləyir.
BUĞA
Uğursuz gündür. Yaxınlarınız sizə mənəvi dayaq olacaqlar. Uşaq kimi ovunduraraq təsəlli versələr də, sizi tamamilə anlayacaqlarına ümid etməyin. Zəif tərəflərinizə yaxşı bələd olan köhnə dost bu baxımdan istisna təşkil edir.
ƏKIZLƏR
Yaxınlarınızdan plan və məqsədlərinizi gizlətməyin. Başlıcası odur ki, planlarınızdan düşmənləriniz xəbərdar olmasın. Yeni müttəfiq qazanacağınız ehtimal olunur. Romantik görüş isə qısqanclıq üzündən bərbad keçəcək.
XƏRÇƏNG
Müttəfiqlərinizlə aranızda fikir ayrılığı olacaq. Dialoqun mübahisə ilə bitəcəyi ehtimal edilir. Günün emosional mənzərəsi stabil olmayacaq. Ona görə də sizə xoş olmayan şəxslərdən uzaq durun.
ŞIR
Ətrafdakılarla mübahisədən qaça bilməyəcəksiniz. Əlinizə götürdüyünüz işlər də uğursuzluqla nəticələnəcək. Gərginlik səhhətinizə də mənfi təsir edə bilər. Özünüzü qorumaq üçün bəzi yüklərdən azad olun.
QIZ
Gün bir sıra qayğılar gətirəcək. Ona görə də müəyyən planlarınızı təxirə salın. Bu, ürəkaçan deyil, amma başqa yolunuzun olmamasıyla barışmalısınız. Ulduzlar bildirir ki, situasiyaya müdaxilə edə bilərsiniz. Başlıcası, prioriteti düzgün müəyyənləşdirməkdir.
TƏRƏZI
Bu gün müttəfiqlərin dəstəyinə ehtiyacınız olacaq. Məsələ bundadır ki, bugünkü işlərin öhdəsindən təklikdə gələ bilməyəcəksiniz. Günün ikinci yarısında uzaqdan xəbər gələcək. Xəbəri eşidən kimi təcili qərar verməli olacaqsınız.
ƏQRƏB
Özgə manipulyasiyasının qurbanı olmaq ehtimalı böyükdür. Prinsipsiz hərəkətinizlə özünüzə düşmən qazanacaqsınız. Yaxınlarınızla münasibətləriniz isə qaydasında olacaq.
OXATAN
Münasibət qurarkən diqqətli olun. Yeni qurduğunuz əlaqəyə gəlincə, bu münasibətə səbəb təklikdən qaçmaq olacaq. Ulduzlar isə bu münasibəti dəstəkləmir.
OĞLAQ
Yeni işgüzar əməkdaşlıq gözlənilir. Bürcün bir sıra nümayəndələri gəlirlərini artıracaq. Məsrəflər də az deyil. Amma rəğbət bəslədiyiniz şəxsi sevindirmək üçün qənaət etmək fikrindən vaz keçəcəksiniz.
DOLÇA
Bürcün bir çox nümayəndələri üçün bu gün maliyyə itkisilə bağlı olacaq. Bəziləri gəlirlərini artırmaq üçün yollar axtaracaqlar. Ulduzlar “Dolça”lara riskli sövdələşmələrdən uzaq durmağı məsləhət görür.
BALIQLAR
Bugünkü sevinciniz yaxınlarınızın sizi anlamasıyla bağlı olacaq. Amma həmkarlarla aranızda ciddi fikir ayrılığı yaşanacaq. Öz maraqlarınızı müdafiə etmək üçün kəskin çıxış edəcəksiniz. Günün ikinci yarısında vəziyyət sakitləşəcək.