Bəşər Əsəd rejiminə qarşı vuruşan üsyançılar yeni silah icad ediblər. Hökumət qüvvələrinin müasir silahlarla təchiz olunması onların üsyançılara qarşı üstünlüklərindən biridir. Ancaq müxaliflər də Əsədin əsgərlərinə qarşı istifadə etmək üçün maraqlı “qumbaratan” icad ediblər. Şəkillərdən də göründüyü kimi əl qumbarasını daha uzaq məsafəyə atmaq üçün el arasında “raqatka” deyilən küstar üsulla hazırlanmış “silah”dan istifadə olunur.