İlham Əliyevə qarşı Londondan 1 milyard dollarlıq məhkəmə iddiası: 2 ay vaxt verildi! VİDEO

TuranTV-də yayımlanan Sözarası proqramının (Azərbaycan saatı yutub kanalında canlı yayımla) növbəti qonağı bir vaxtlar Azərbaycanda böyük biznes qurmuş, sonradan ölkədən faktiki qovulan əslən Güney Azərbaycandan olan iş adamı Məhəmmədrza Bahari olub. M.Bahari Azərbaycanda başına gətirilənlər və İlham Əliyev ailəsinə qrşı açdığı beynəlxalq səviyyəli məhkəmə davasından danışıb.