“Ailə razılıq verməyibsə, kim gedib qəbiri aça bilər?”
Eks-prezident Əbülfəz Elçibəyin qəbirinin məlum zəhərlənmə iddiası ilə başlanmış cinayət işinə görə açılacağı haqda xəbəri onun ailəsi hiddətlə qarşılayıb. Bununla bağlı mərhum prezidentin qardaşı Almurad Əliyevin fikirləri artıq qəzetimizdə işıq üzü görüb.
Bu gün isə Elçibəyin oğlu Ərturqut Əliyev həmin məsələyə sərt münasibət bildirib. O, “AzNews.az”a açıqlamasında deyib: “Ailə buna razılıq verməyibsə, kim gedib qəbiri aça bilər? Ailənin adından danışan mənəmsə, mənim belə bir qərarım olmayıb. Yəni ailə belə bir qərar verməyib ki, kimsə gedib qəbiri açsın”.