Daxili İşlər Nazirliyi (DİN) bir qrup gənc fəalın və ictimaiyyət nümayəndəsinin oktyabrın 20-də Bakının Fəvvarələr meydanında mitinq keçirməsinə imkan verilməyəcəyini bəyan edib. Nazirliyin mətbuat xidmətindən “Media forum” saytına bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Fəvvarələr meydanında aksiya keçirilməsi ilə bağlı müraciətə mənfi cavab verib və mitinq üçün müvafiq yer ayırıb: “Aksiya yalnız Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi yerdə, 20-ci yaşayış massivindəki sürücülük məktəbinin həyətində keçirilə bilər. Polis qanunsuz aksiyanın qarşısını alacaq və Fəvvarələr meydanında hər hansı mitinqə imkan verilməyəcək”.
Gənc fəallar və ictimaiyyət nümayəndələrinin 20 oktyabr aksiyasının əsas tələbi parlamentin buraxılması və yeni parlament seçkisinin keçirilməsidir.