Əfv sərəncamı imzalandı: Siyasi məhbuslardan 50 nəfər azad edildi SİYAHI

Bu gün imzalanan əfv sərəncamı ilə azadlığa buraxılan siyasi məhbuslar dəqiqləşib. Onların sayı 50 nəfərdir. Siyahı belədir:
Gözәl Bayramlı (AXCP sədrinin müavini)
Fuad Qәhrәmanlı (AXCP sədrinin müavini)
İlkin Rüstəmzadə (NİDA)
Qiyas İbrahimov (NİDA)
Bayram Məmmədov (NİDA)
Rüfət Səfərov (keçmiş müstəntiq)
Elgiz Gahraman (NİDA)
Əli İnsanov (keçmiş səhiyyə naziri)
Murad Ədilov (AXCP üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı)
Elnur Seyidov (AXCP sədrinin qayını)
Rəşad Ramazanov (blogger-jyrnalist)
Nicat Əliyev (dindar)
Fikrət Fərəməzoğlu (jurnalist)
Tofiq Həsənli (şair)
Əlikram Xurşidov (Müsavat Partiyasının üzvü)
Lətif Əhmədov (Nardaran hadisələri)
Əliyev Ramil (Nardaran hadisələri)
Seymur Aslanov (Nardaran hadisələri)
Zülfüqar Mikayılov (Nardaran hadisələri)
İsmayılov Ruzi (Nardaran hadisələri)
Elman Ağayev (Nardaran hadisələri)
Əli Hüseynov (Nardaran hadisələri)
Elxan Həsənov (Nardaran hadisələri)
Sahib Həbibov (Nardaran hadisələri)
Nəsirov Elvin (dindar)
Ceyhun Səfərli (dindar)
Elimxan Hüseynov (dindar)
Vasif İbrahimov (İsmayıllı hadisələri)
İlqar Xəlilov (Mingəçevir etirazları)
Dilqəm Mahmudzadə (Mingəçevir etirazları)
İlkin Abdullayev (Mingəçevir etirazları)
Talıb Ağamalıyev (Siyəzən etirazları)
Kamran Abdullayev (Siyəzən etirazları)
Nizami Qəniyev (Siyəzən etirazları)
Zaur Şəkərov (Siyəzən etirazları)
Abasət Süleymanov (Siyəzən etirazları)
Müslüm Əzimov (Siyəzən etirazları)
Çoşqun Bəğişov (Siyəzən etirazları)
Fariz Kərimov (Siyəzən etirazları)
Namiq Məstanov (Siyəzən etirazları)
Elçin Əliyev (Siyəzən etirazları)
Mübariz Abdullayev
Rəşad Əliyev (Səid Dadaşbəyli qrupu)
Fərid Ağayev (Səid Dadaşbəyli qrupu)
Samir Qocayev (Səid Dadaşbəyli qrupu)
Rasim Kərimov (Səid Dadaşbəyli qrupu)
Bəybala Quliyev (Səid Dadaşbəyli qrupu)
Xalid Kazımov (dindar)
Qorxmaz Camalov (dindar)
Elvin Bünyadov (Nardaran hadisələri)
***
Ölkə başçısı İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.
Sərəncamda bir neçə siyasi məhbusun da adı var. AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, NİDA-çılar İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, Bayram Məmmədov və Qiyas İbrahim, keçmiş səhiyyə naziri Əli İnsanov, keçmiş müstəntiq Rüfət Səfərov, AXCP üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilov, AXCP sədrinin qayını Elnur Seyidov, Müsavat Partiyasının üzvü Əlikram Xurşudov, jurnalistlər Rəşad Ramazanov və Fikrət Fərəməzoğlu, şair Tofiq Həsənov, Nardaran hadisələri zamanı və ondan sonra həbs edilənlərdən Nizami Qəniyev, Lətif Əhmədov, Rasim Cəbrayılov, Zülfüqar Mikayılov, Ruzi İsmayılov, Elçin Qasımov və Elman Ağayev sərəncamla azadlığa buraxılan siyasi məhbuslardır.
azadliq.info