200 milyonluq əmlakımı əlimdən alıblar

Nurəddin Zülfüqarlı: «Kərəm Həsənov məni yanına çağırıb, dedi ki, fabriklərimi verməsəm, başımı dərdə salacağam»

«Toplantıdan qayıdanda başıma çuval keçirib apardılar»

Türkiyənin Bloomberg Businessweek jurnalı təxminən 200 milyon dollar dəyərində əmlakının Azərbaycanın yüksək səlahiyətli məmurları tərəfindən əlindən alındığını deyən tanınmış iş adamı Nurəddin Zülfüqarlı ilə müsahibə dərc edib. Bütün ailəsinin 25 illik əməyinin bir anda qəsb edildiyini və artıq öz ölkəsinə dönə bilmədiyini deyən iş adamı başına gələnlər barədə söz açıb. Müshibəni ixtisarla dərc edirik.

– Sovetlər Birliyi dağıldığı, Azərbaycanın müstəqillik əldə etdiyi dönəmdə Siz nə işlə məşğul idiniz?
– Biz səkkiz qardaşıq və böyük ailəmiz var. 1993-cü ilə qədər Rusiyanın müxtəlif bölgələrində ticarətlə məşğul idik. Olduqca uğurlu işlərimiz var idi.

– Bəs Azərbaycna necə döndünüz?
– Heydər Əliyev ölkə başçısı olanda Azərbaycandan kənarda olan bütün azərbaycanlı iş adamlarının vətənə gəlmələrini və ölkəyə yatırım qoymalarını istədi. O bu istiqamətdə iş adamlarına yardımçı olacaqlarını da dedi. Biz də məmnuniyyətlə ölkəmizə qayıtdıq və bütün işlərimizi ora gətirdik.

– Zəbt edildiyini bildirdiyiniz əmlakının arasında dəmir-polad zavodları da var. Bunları necə qurdunuz?
– 2002-ci ildə dövlət başçısının iş adamları ilə keçirdiyi görüşdə söz aldım və fəaliyyətsiz qalan fabrikların özəlləşdirilməsinin vacibliyini söylədim. Bu fikir dövlət başçısı başda olmaqla hər kəs tərəfindən qəbul edildi. Beləcə özəlləşdirmə prosesi sürətləndi. Eyni ildə Bakı Elektroştamp Fabriki özəlləşdirilirdi. Biz onu alıb və verilən vaxtdan daha qısa zamanda fabriki işlək hala gətirdik. 10 milyon dollar sərmaye yatırdıq və 350 insana iş yeri verdik. Bu sərmayemiz olduqca uğurlu idi və dövlət başçısı işimizi təqdir edirdi. Ölkəyə gələn bütün xarici qonaqlara bizim fabrik bir nümunə kimi göstərilirdi.
2004-ci ildə eyni şəkildə özəlləşdirmə yolu ilə Bakıda polad fabrikin aldıq və 40 milyon dollar sərmaye qoyaraq 1500 nəfərlik iş yeri açdıq. Işləyənlər özlərini çox şanslı hesab edirdi. Çünki orta əmək haqqı 80 manat olduğu dövrdə biz 350-400 manat maaş və işçilərə çox yaxşı sosial hüquqlar verirdik. Mal ixrac edirdik və fabriklərimiz ildə 1,5-2 milyon dollar dövriyyəsi var idi. O dövrdə bu, Azərbaycan üçün çox yaxşı rəqəmlər idi.

Kərəm Həsənov qarşımda şərt qoydu

– Işləriniz yaxşı gedirmiş. Bəs necə oldu ki, hər şey tərsinə döndü?
– 2005-ci ildə hər şey bir anda dəyişdi. Bir gün məni Milli Əmlak naziri Kərəm Həsənov yanına çağırdı. Bəzi yüksək səlahiyyətli şəxslərin fabriklərimizi istədiyini dedi. Bunun üçün heç nə ödəməyəcəklərini, əgər öz razılığımla verməsəm, başımı dərdə salacağımı bildirdi. Əlbəttə mənim belə bir addım atacağımdan söhbət gedə bilməzdi.

Başıma çuval keçirib polis idarəsinə aparıdılar

– Sonra nə baş verdi?
– Bu hadisədən az sonra bir toplantıdan dönürdüm. Bir neçə nəfər qarşımı kəsdi, heç nə demədən mənə qarşı zor tətbiq edərək başıma çuval keçirib polis idarəsinə aparıdılar. Polis idarəsinə gətirildiyimə görə rahatlandım. Bir yanlışlığın olduğunu deyəcəklərini və məni buraxacaqlarını düşündüm. Ancaq belə olmadı. Polis rəisi mənə “burda nəyə görə olduğunu çox yaxşı bilirsən” dedi. Daha sonra heç bir ittiham olmadan 10 sutkalıq saxlanıldım. Heç kimlə görüş verilmirdi. 10 gün sonra mənə fabriklərimdən əl çəkəcəyim təqdirdə azad ediləcəyimi bildirildi. Mən də qəbul etmədim. Bundan sonra heç tanımadığım adamı təhdid etməkdə günahlandırılaraq 4 ay həbsdə yatdım. Bu arada qardaşlarımı və işçilərimi də həbs etdilər.

Əmlakımı çobana verməyə məcbur etdilər

– Dörd ay sonra azad edildiniz. Bu necə oldu?
–  Artıq təhdilərin miqyası artırdı və bütün ailəmə zərər verəcəklərini deyirdilər. Mən də təzyiq altında məcbur olub qəbul etdim. Fabriklərin 80 faizi eyni gündə satışa çıxarıldı. Normal şəraitdə Azərbaycan bürokratiyasında bu proses üç ay sürür. Amma işlər bir gündə tamamlandı və həmin gün azad olundum. Türmədə belə işlərin görülməsi hüquqa ziddi.

– Bu hissələri kim satın aldı?
– Işin maraqlı tərəfi də budur. Apardığımız araşdırmada bu adamın kasıb çoban olduğunu gördük. Bunun bizə məlum olduğunu biləndən sonra başqa satış həyata keçirdilər.
Bu da qanun pozuntusu idi.

– Həbsdən çıxdınız və geri döndünüz. Fabriklərinizin 20 faizi hələ Sizdə idi. Bu hadisədən sonra Bakıda iş həyatınız necə davam etdi?
– Biz həbsdə olanda fabrikdə işlər dayanmışdı. Yenidən işləri yoluna qoyduq və fabriklər işə başladı. Biz sərmayələri ara vermədən davam edirdik. 2006-cı ildə sıfırdan bir dəmir-polad fabrikinə yatırım qoymağa başladıq. Bu 40 milyon dollarlıq yatırım idi. Yeni texnologiyalar aldıq. Bu arada qlobal böhran bütün dünyada olduğu kimi Azərbaycanda da özünü göstərməyə başladı. Metallurgiya sektoruna da neqativ təsir oldu. Biz işlərimizi və yatırımlarmızı davam edirdik. Amma 2011-ci ildə fabriklərimizi almaq istəyənlər yenə ortaya çıxdı.

Növbəti dəfə silahlılar gəldi

– Bu dəfə tələbləri nə idi?
– Iki fabrikdən qalan 20 faizi və ən pisi qurduğumuz yeni fabriki də istəyirdilər. Bu fabrikə görə bizə 5 milyon avro təklif etdilər. Bu pulu alıb ölkədən getməyimizi istədilər. Yeni qurduğumuz dəmir-polad fabrikini bir qrupp silahlı adam işğal etdi. Daha sonra işçilərlə müqavimətə keçdik.
Bu məsələ mətbuatın gündəminə çıxdıqdan fabriki işğal edənlər geri çəkilmək məcburiyyətində qaldı.

– Qanunla hansı addımlar atdınız? Məhkəmə çəkişməsi davam edir?
– Bu məsələ ilə bağlı yeddi məhkəməyə baş vurduq. Amma nəticə əldə etmədik. Azərbaycanda hüquqi nəticə əldə etməsək, Avropa Insan Haqları Məhkəməsinə müraciət edəcəyik. Bunun üçün öncə Azərbaycanda hüquqi prosedurların başa çatması lazımdır. Mən dəfələrlə dövlət başçısı Ilham Əliyeva durumu anlatan videolar göndərmişəm. Amma heç bir nəticə olmadı. Bu həftə Bakıya Avropa Parlamentindən 11 parlamentari məktub göndərdi. Dövlət başçısına gördərdikləri məktubda ölkədəki insan haqları pozuntuları və bizə qarşı olan haqsızqlıqlara geniş yer verildi.

– Azərbaycanda başqa şirkətiniz qaldımı?
– Kiçik dəmir-polad zavodumuz var. Ancaq orda iş görməyimizi əngəlləyirlər. Avqustda yenə bir qrup silahlı adam basqın etdi. Amma təpkilər səbəbindən geri çəkilmək məcburiyyətində qaldılar. Normal şərtlərlə Azərbaycanda ildə bir dəfə yoxlamaya gələn müfəttişlər bizim iş yerimizdən getmək bilmirdi.

– Yaxşı, əlinizdən almaq istədikləri digər fabriklərin durumu necədir?
– Artıq işləmirlər, istehsal həyata keçirilmir. Orda çalışanlar da işsiz qalıb.
200 milyonluq mülkiyyətimi əlimdən alıblar

– Sizin nə qədər əmlakınız müsadirə edildi?
– Bəhs etdiyim fabriklərdən başqa əmlaklarım da müsadirə edildi. Bunların böyük hissəsi iş yerləridir. 200 milyon dollarlıq mülkiyyətdən danışa bilərik.

– Türkiyədə yatırım qoymağı planlaşdırırsınızmı? Azərbaycanda yaxın vaxtlarda yatırım qoymağınız bir az çətin görünür.
– Indiki problemlərin çox vaxt aparacağını düşünmürəm. Bütün problemlərin həllini tapacağı günlərin çox uzaqda olduğunu düşünmürəm. Biz haqqımız olanı geri almaq istəyirik.
Həm öz ölkəmizdə, həm də Türkiyədə yatırım qoymaqda çox məmnun olardıq.