Müğənni ölkə sərhəddini bir neçə nəfərlə tərk edib
Tanınmış müğənni Mətanət Isgəndərli Azərbaycanı tərk edib. “Olaylar”a daxil olan məlumata görə, xanım müğənni xarici ölkəyə gedib. Mətanət Isgəndərlinin Azərbaycanı tərk etməsinə səbəb “Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşının oğurlanmasında onun adının hallanmasıdır. Məlumata görə, Elşad Abdullayevin qardaşının oğurlanması zamanı onun aparıldığı marşrut sxemini açıqlamasından sonra xanım müğənni faktları təkzib edə bilməyəcəyini anlayıb ölkədən çıxıb.
Məlumata görə, artıq 3 gün öncə Mətanət Isgəndərli Azərbaycan sərhəddini bir neçə nəfərlə tərk edib. Onun hazırda hansı ölkədə olduğu açıqlanmır.
Xatırladaq ki, Elşad Abdullayev qardaşı Mahir Abdullayevin 2003-cü il oktyabrın 23-də müğənni Mətanət Isgəndərlinin evinə aparıldığını və oradan oğurlandığını iddia edir.
Bir neçə gün öncə isə Elşad Abdullayev Mahir Abdullayevin oğurlanan zaman aparıldığı ərazilər barədə konkret faktları ictimaiyyətə açıqlayıb. Məlum olub ki, Mahir Abdullayev həmin gün Mətanət Isgəndərlinin cangüdənləri, sürücüsü və yaxın qohumları ilə mütəmadi əlaqə saxlayaraq xanım müğənninin evinə gedib. Bundan sonra isə o şəhərin bir neçə istiqamətindəki naməlum yerlərə aparılıb və həmin gündən etibarən Mahir Abdullayev yoxa çıxıb.