Dustaq polis şöbəsində özünü asdı

Azərbaycanda polis şöbəsində növbəti intihar hadisəsi baş verib.

Masallı rayon hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan, 1980-ci il təvəllüdlü Vüqar Şahmar oğlu Ələkbərov bu gün özünü asaraq intihar edib.

Məlumata görə, adıçəkilən şəxs bu ilin iyun ayında qız qaçırdığı üçün cinayət məsuliyyətinə cəlb edilib. Onunla bağlı bir neçə dəfə məhkəmə prosesi keçirilib. Bu gün keçirilən prosesdə o, məhkəmə istintaqının uzanmasına etiraz edib. V. Ələkbərov təcridxanaya qayıdandan sonra intihar edib.

APA-nın əldə etdiyi digər məlumata görə isə bu gün məhkəmədə V. Ələkbərova 8 il iş istənilib. O, cəzanın ağırlığına etiraz olaraq bu addımı atıb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.