r arifoglu

“Bu, bizə qarşı bir repressiya aktıdır…”

r arifoglu«bp qalmaqalı hakimiyyət, müxalifət və cəmiyyət üçün ilkin xəbərdarlıqdır»

Rauf Arifoğlu: «Gülər Əhmədova ilə bağlı hakimiyyət hər hansı siyasi qərarın verilməsi ilə bağlı tərəddüd içindədir»

«İlham Əliyevi dəstəkləməyin Azərbaycana faydalı olduğunu görsəm, bu dəstəyi açıq şəkildə verəcəm»

Seçkiyə bir il qalmış hakimiyyətin bp-yə qarşı nümayiş etdirdiyi mövqe maraq doğurmaya bilməz. Bir sıra ekspertlərin fikrincə, hakimiyyətin bu cür münasibət sərgiləməsinə səbəb təkcə iqtisadi maraqlar deyil. Müsahibimiz “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluya ilk sualımız da bp olayının pərdəarxası məqamları ilə bağlı oldu:
– Hazırda bp ilə Azərbaycan hakimiyyəti arasında baş verən olaylar kifayət qədər ciddi siyasi məsələdir. Eyni zamanda da Azərbaycana, cəmiyyətə, xalqa problemlər yarada biləcək konfliktdir. Biz, əlbəttə, ölkəmizdə proseslərin normal məcrada inkişafını və burada nəzərdə tutulan böyük siyasi dəyişikliklərin sakit getməsini istəyən vətəndaşlar, siyasi düşərgə olaraq arzulayardıq ki, problemlər yarada biləcək və düşünülməmiş addımlara hakimiyyət getməsin.

– bp ilə qalmaqaldan dərhal sonra “Forbes” jurnalında çap olunan məqalədə baş verənlər “çoxdan tüstüləyən əski” adlandırıldı. Bu məqalədə Azərbaycan hakimiyyətinə, xüsusilə dövlət başçısı Ilham Əliyevə ünvanlanan çox açıq siyasi mesajlar var idi…
– Bu məqalədə Azərbaycan hakimiyyətinə açıq təhdidlər var idi. Mən vurğuladığım məqam da bundan ibarətdir ki, dünyanın neft baronlarını və dünyanın siyasətinə təsir edən insanları qıcıqlandırmaq nə deməkdir. Bu, Azərbaycan hakimiyyəti, müxalifəti və cəmiyyəti üçün ilkin xəbərdarlıq və siqnaldır. Bu, düşünməyə və mövqe müəyyən etməyə kifayət qədər ciddi material verir. Bu təhdidlər də, əlbəttə boşuna deyil. “Forbes” jurnalında yer alan təhlil yazısının və konfliktin xronologiya ilə xatırladılmasını Azərbaycan hakimiyyətinin ciddiyə alması və ölçülər götürməsi mühümdür.

Gülər Əhmədova ilə bağlı qərar yoxdur

– Daha bir gündəmdə olan məsələ Elşad Abdullayevin ictimailəşdirdiyi videolardır. Azərbaycanda parlamentin formalaşma yolunu, rüşvət və korrupsiyanın dövlət aparatına necə işlədiyini hamı bilsə də, açıqlanan videolar ciddi rezonansa səbəb oldu. Bunun səbəbi nədir?
– Bu prosesi hamı bilirdi. Sadəcə olaraq ortada bu dəfə təkzibolunmaz bir fakt var idi. Bu faktın ortaya çıxması və bu faktın qəhrəmanlarından birinin YAP üçün çox mühüm bir sima olması, verdiyi açıqlamalar cəmiyyəti şoka saldı.

– Bu məsələyə hakimiyyət öncə sərt mövqe sərgiləsə də sonradan yumuşaldı. Daha sonra yenidən sərtləşdi. Baş verənlər hakimiyyətdə ikiyə bölünmənin təzahürüdür, yoxsa Gülər Əhmədovanın “ağzımı açdırmayın” bəyanatından çəkinmənin nəticəsidir?
– Baş verən olaylarla bağlı bizim qəzetdə də məqalələr dərc olunub. Hətta xatırlayıram ki, yazılardan birinə “YAP-a U dönüşü yapdırdılar” başlığı qoymuşdum. Hətta qeyd etmişdik ki, hər hansı maşın, əgər o sürətdə dönərdisə, aşardı. Hakimiyyətdəki tərəddüdlər açıq-aydın hiss olunur. Belə görünür ki, hakimiyyətin birinci şəxsinin bu hadisə ilə bağlı hər hansı qərarı yoxdur. Əksi olsa idi, Gülər Əhmədova ilə bağlı başladılmış cinayət işi ilə bağlı hər həftə ictimaiyyət məlumatlandırılardı, şəffaf proses aparılardı. Azərbaycanda isə belə hallar olmur. Təbii ki, biz heç kimə həbs arzulamazdıq. O cümlədən də xanım olan sabiq millət vəkilinə. Amma bu xanım demokratik düşərgəyə, Müsavat Partiyasına aid olsaydı, əlbəttə, indi onun həbsi də, ona qarşı kampaniya da baş vermişdi.

– Elşad Abdullayevin qardaşı ilə bağlı da cinayət işi açılıb. Bildirilir ki, hər iki cinayət işi dövlət başçısının nəzarətindədir. Amma Elmar Hüseynovun, Rafiq Tağının, Rail Rzayevin də işlərinin belə nəzarət altında olduğu bildirilirdi. Amma bir nəticə olmadı. Bu baxımdan bu dəfəki vəddən nə gözləyirsiniz?
– Biz verilən vədlərdən hansı qənaəti çıxarmağı Elşad Abdullayevin özünə buraxmalıyıq. Çünki bu şəxs deyib ki, prezidentin cinayət işlərini nəzarətinə götürməsindən sonra ümidləri artıb. Hər halda, onun qənaəti qətiləşəndən sonra təbii ki, biz də bu mövqeyə münasibət bildirəcəyik.

Şahvələd bəy bizim dostumuzdur, amma əlində xəncər olan dostumuzdur

– Bu günlərdə Şahvələd Çobanoğlu köşə yazısında rəhbəri olduğunuz qəzetə qarşı ciddi iradlar səsləndirib. Onun ilk iradı Gülər Əhmədova olayının Ilham Əliyevin xeyrinə işlədiyi ilə bağlı məqalə ilə əlaqədardır. Bu tənqidə münasibətinizi bilmək istərdik?
– Bu, Şahvələd bəyin münasibətidir və hesab edirəm ki, olduqca qərəzlidir. Oxucular üçün də qeyd edim ki, bizim Şahvələd bəylə mövqelərimizin toqquşması nə birinci hadisədir, nə də sonuncu olacaq. Bizim 90-cı illərdən başlayaraq ən müxtəlif məsələlər ətrafında polemikalarımız olub. Onlar bu yaxına qədər də davam edib. Şahvələd bəy həm bir köşə yazarı, həm də bir vətəndaş da olaraq bizə münasibətdə əksər vaxt oponentliyini göstərib. Onu da qeyd edim ki, o, bu prosesi çox hörmətlə və səviyyəli aparır. Indiyə qədər bir-birimizin əleyhinə nə qədər yazsaq da, bir-birimizi incidən münasibətimiz olmayıb. Sadəcə olaraq, onun sonuncu yazısındakı münasibəti olduqca yanlış bir təqdimat hesab edirəm. Düşünürəm ki, o, bizim məqaləni düzgün təsbit etməyib. Bu məqalə bir təhlil yazısı, informasiya toplusudur. Şahvələd bəy bu yazıda yalnız üç cümləyə münasibət bildirib ki, onlar da yazının başlıqlarıdır. Şahvələd bəyin yazısından da görünür ki, məqalənin içərisinə baş vurmayıb. Məqalədəki son dərəcə qiymətli məlumatları, qiymətli təhlilləri, hakimiyyət düşərgəsindəki klanlar arasında gedən mübarizə barəsindəki nüansları görməzdən gəlib. Yalnız yazı ilə bağlı bizim başlıqdakı təqdimatımız onun diqqətini çəkib. Məqaləni Şahvələd bəy acı bir dil ilə, “ifşa” janrı ilə təftiş edib. Şahvələd bəy bizim dostumuzdur, amma əlində xəncər olan dostumuzdur. Şükürlər olsun ki, o, namərd deyil. Heç zaman kürəyimizə xəncər saplamayıb. Amma əlindəki xəncəri gözümüzə qıcayıb. Hesab edirəm ki, Şahvələd bəy bu addımı ilə bizim bəzi bədxahlarımıza fürsət verib. “Yeni Müsavat” qəzetinə, konkret mənə qarşı aryı-ayrı dairələrdən, facebook qəhrəmanlarından kampaniya aparan şəxslərin əlinə bir fürsət verib. Onları təhrik edib. Müsavat Partiyası içində bir şəxs var. Yadigar Sadıqlı. O, uzun illədir ancaq mənə qarşı kampaniya aparmaqla məşğuldur. Vaxtilə, rəhmətlik Anar Məmmədxanovdan maaş alıb, eyni prosesi “Day.az” saytındakı forumda mənə qarşı aparırdı. O zaman heç facebook- da yox idi… Millətçilərin, liberalların davasından tutmuş, son olaylara qədər, hər fürsətdə məni gözdən salmağa, qəzetin mövqelərini aşağılamağa çalışır. Bu şəxs bu gün Ictimai Palatadan istefa verib, bəyan edir ki, onun bu addımının “Yeni Müsavat” qəzetində gedən məqalələrdir. Demokratiya haqqında bu qədər nadürüst düşüncəyə sahib olmaq, 2 yazıya görə qəzetin üstünə bu qədər gəlmək absurddur. O zaman bunların iqtidardan fərqi nə də olur? Hakimiyyət də özünə xoş gəlməyən yazıya görə bizi gözümçıxdıya salır, incidir, məhkəmələrə verir, terror edir. Müxalifət düşərgəsinə daxil olan funksionerlər də bu mövqedən çıxış edir. Hansısa yazımız xoşuna gəlməyəndə gücü heç çatmayanda bəziləri siyasi xarakiri edir. Bu cür davranış sərgiləyən adam demokratik düşərgəyə başucalığı gətirmir və gülüncdür. Xüsusilə Yadigar Sadıqlının timsalında deyirəm. Bu şəxs və digərləri əgər siyasi perspektivini Ictimai Palatada göormürsə, bu başqa mövzunun söhbətidir. Amma hansısa qəzetdəki yazıya görə istefa vermək… Bu o deməkdir ki, bu şəxsin syiasətdən, demokratiyadan, söz və mətbuat azadlığından xəbəri yoxdur. Hazırda ayrı-ayrı partiya funksionerlərinin, fəallarının, Ictimai Palatanın bir sıra təmsilçilərinin mətbuatda, xüsusilə “Azadlıq” qəzetində və sosial şəbəkələrdə mənim, qəzetin haqqında apardığı kampaniya bir repressiya prosesidir. Bunların əlində imkan olsa, bizi fiziki cəhətdən də sıradan çıxarardılar. Yaxşı ki, bu imkanları yoxdur. Şahvələd bəyin yazısında bizim Ilham Əliyevə dəstək verməyimizlə bağlı təsbit də yanlışdır. Bu yazıların hər ikisi həm “2013 əvəzinə 2015″, həm də ”Klanların gizli müharibəsinin Ilham Əliyevə faydası” başlıqlı yazı müxalifət düşərgəsinin ziyanına deyil. Əksinə, xeyrinədir. Ortada gedən prosesləri açır, deşifrə edirik. Buna görə də mənim üstümə gəlirlərsə, buyursunlar. Ilham Əliyevin ən çətin və ən rahat vaxtlarında mən bu rejimə qarşı mübarizəni aparmışam və bu gün də davam etdirirəm. Mən Ilham Əliyevin dövründə 17 ay həbsxanada yatmışam. Ona görə hərə mənim də, özünün də bioqrafiyasına da nəzər salsın.

Mən qəzeti qorumağa məsulam

– İttihamlardan biri vaxtilə Dubay mülkləri ilə bağlı beynəlxalq medada gedən yazını Qarabağ problemində Azərbaycana təzyiqlə əlaqələndirmənizlə bağlıdır. Köşə yazarı sual edir ki, nəyə görə qəzetiniz hər dəfə həssas məqamlarda bu cür addımlar atır?
– Qəzetimizdə gedən yazıları xronologiya ilə ortaya çıxarsaq, o zaman AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Isa Qəmbərin, köşə yazarlarının iqtidar haqqında sərt, amansız tənqidlərini də ortaya qoysunlar. Bu cür təqdimatlar və başlıqlar altında başqa adamın adının olmasına baxmayaraq, mənim adıma yazılırdısa, nəyə görə, Əli bəyin son günlərdə getmiş və iqtidarı yerdən-yerə vuran müsahibəsi mənim adıma yazılmır? Başqa tərəfdən, mən bu qəzeti qorumağa mükəlləfəm. Mən Şahvələd bəy kimi davransaydım, indi bəlkə “Yeni Müsavat”ı da bağlamışdılar. Bir xəbər belə yoxdur ki, yerli və beynəlxalq mediada hakimiyyətin əleyhinə gedən yazını dərc etməyim. Zamanın, dövrün imkanlarını, özümə olan münasibəti nəzərə alaraq bəlkə bu məlumatları fərqli başlıqlarla verirəm. Amma o yazıların içərisi nə “Azadlıq”, nə də başqa qəzetdən fərqlənir. Onsuz da ortada iki-üç qəzet qalıb. Onun da birini və Ictimai Palatanın Koordinasiya Şurasının üzvü olan baş redaktorunun üstünə bu cür düşüb gözdən salmağa təşəbbüs etmək demokratik düşərgəyə xidmət etməkdən xəbər vermir… Şahvələd bəy yazısında qeyd edir ki, Əli Kərimli və Isa Qəmbər cəmiyyəti daim dürüstlüyə və mübarizəyə səsləyirlər. Harada səsləyirlər? “Yeni Müsavat” qəzetində. Bir tribuna da bizik. Mən bu tribunanı qoruyub saxlamışam. Məni tənqid edənlərin heç birinin üzərində məhkəmə dosyesi yoxdur. Mənim üzərimdə bir neçə məhkəmə dosyesi, iki milyon 100 min manatlıq məhkəmə iddiası, 56 min beş yüz manatlıq icraatda olan iş var. Hər yazımdan sonra müxalifət düşərgəsindən tutmuş, iqtidar düşərgəsinə qədər, onlarla qınaqlar olur. Bir əli bir başı olanlar kimi, istənilən addımı atmaq, dəqiqədə bir partiyaya girib, başqasından çıxmaq kimi hərəkətlərə yol verə bilmirəm. Çünki məsul olduğum qəzet var. Kimin nə deməsindən asılı olmayaraq doğru bildiyimi həyata keçirəcəm. Ilham Əliyevi dəstəkləməyin Azərbaycana faydalı olduğunu görsəm, bu dəstəyi açıq şəkildə verəcəm. Hələki mən Azərbaycan siyasətində iki lideri – Isa Qəmbər və Əli Kərimlini dəstəkləyirəm. Yəqin ki, 2013-cü ildə də onların arasından razılaşdırdıqları namizədi dəstəkləyəcəm. Hələki mənim qərarım belədir. Məni qərarımdan heç bir şantaj döndərə bilməz.

Hakimiyyət müxalifəti aldatmaq istəyir

– Sizə qarşı ittihamlardan biri də qəzetinizdə 2013-cü il prezident seçkisini müxalifətin hakimiyyətə təhvil verib, 2015-ci il parlament seçkisi ilə bağlı bazarlığa getməsi ilə bağlı məqalə ilə əlaqədardır. Müxalifət düşərgəsindən kimlər bu istiqamətdə danışıq aparır?
– Bu yazının içərisində açıq-aydın ifadə etmişik. Bu yazının içərisində elə bir məqam yoxdur ki, müxalifət danışıq aparır. Məqalədə vurğulanır ki, hakimiyyət bu istiqamətdə siyasət həyata keçirir. Müxalifət buna imkan versə, hakimiyyət addımlar atmağa çalışacaq. Hakimiyyət çalışır ki, Qərbin, müxalifətin ona olan təzyiqləri müqabilində təzyiqi üzərindən atsın. 2013 adı altında alver edərək müxalifəti aldatsın. Bunlar hamısı yazının içərisində var. Başlıqdan başqa yazını oxuyanda hər şey məlum olur. Təəssüf ki, bəzi dostlarımız bunu etmir.

Xəyal