“AXCP işi”: Prokuror iş istədi – 8 ildən 3 il yarıma qədər

AXCP funksionerlərinin işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov, qardaşı oğlu Vidadi Rüstəmli və onlarla birlikdə mühakimə olunan AXCP funksionerləri – Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirova fevralın 19-da prokuror cəza istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, təqsirləndirilən şəxslərdən S.Rüstəmova 8 il 6 ay, B.Həsənov və A.Məhərrəmovun hər birinə 7 il 6 ay həbs, R.Nəsirov və V.Rüstəmlinin hər birinə isə 3 il 6 ay şərti cəza istəyib.

Fevralın 27-də vəkillərin müdafiə çıxışı olacaq.