Hazırda Böyük Britaniyada olan hüquqşünas Qurban Məmmədov Milli Şura rəhbərliyinə qarşı ittihamlar səsləndirib. Milli Şuranın sədri Cəmil Həsənli öz facebook səhifəsində ona cavab verib: “Qurban Məmmədov usanmaq bilmir. Britaniya hicrətindən sonra danışdığı yalan və böhtanlara cəmi-cümlətanı bircə həftə cavab vermişik. Lakin 6 aydır adam yaş fıstıq kösövü kimi hey tüstülənir və bu bədbəxtin tüstüsü dumanlı Albionu da bürüyüb. 19 yanvar mitinqinin uğurundan sonra bu yenidən haray qoparır ki, Milli Şuranı ifşa edəcəyəm, bomba partladacağam və sair. Dünən bunun bombaları təcrübəli qaradavoy Kərbəlayi Zalın “dom Feyzullanın” evindən tapdığı qarpızlardan da boş çıxdı. Gercəkdən adam xəstədir. Dünən dediyi bütün yalan, böhtan və uydurmalardan sonra fatihə surəsini avazla səsləndirməsi adamın insanların dini hissləri ilə oynayan bir din tüccarı ölmasından, xalqın xilası missiyanın guya ona verilməsi kimi sərsəmlərindən xəbər verir. Danışığından belə məlum olur ki, bəs ölkənin siyasi mühitində hamı suya düşüb, bir dənə bu sudan quru çıxıb ki, bu missiyanı daşısın.
Camera kəşf olunandan, diktafon Azərbaycana ayaq açandan bəri Qurban Məmmədov onlardan öz yaxın “ dostlarına” qarşı şantaj vasitəsi kimi istifadə edir. Bu dəfə də eyni əməli özünün 35 illik dostu adlandırdığı tanınmış vəkil, MŞ-nın KM-nin üzvü Namizəd Səfərova qarşı istifadə etdi. Xislətində naqislik olduğu üçün bu adam “canlı juçok” funksiyasın yerinə yetirir, amma hər dəfə də özü ilişir. Pis əməlləri təkrarlamaqdan usanmır. Çünki qozbeli qəbir düzəldər deyirlər.
Doğrusu buna baş qoşmağa vaxt yoxdur. Çünki Qurbanın üzü də aydındır, astarı da, mahiyyəti də köhnə mitil kimi ortadadır. Adam dəfələrlə ifşa olunur, amma hər dəfə də özünü arsızlığa vurur. İndi hər gün təkrarlayır ki, mənim agent olduğumu sübut etsinlər. Vaxtı ilə Viktor Çebrikovun KGB məktəblərində dərslik kimi istifadə olunan bir kitabı çıxmışdı. Orada göstərilirdi ki, nə KGB, nə FBR, nə də digər təhlükəsizlik orqanları heç kəsə (o cümlədən şəxsin özünə də) arayış vermir ki, filankəs bizim agentimiz olub. Həm də Çebrikov “dövlətçilik” məsələlərində təhlükəsizlik orqanları ilə əməkdaşlıq edənləri dərəcəsinə görə ayrı-ayrı quruplara bölürüdü: agent, informatr, gizli casus, könüllü drujjinik və s.
Deməli, Qurban Məmmədov 1998-ci ildə MTN-nin şefi Namiq Abbasovla görüşüb, eyni ildə onun müavini Əli Nağıyevlə “Qurd Qapəsı” restoranında “yeyib-içib”, təhlükəsizlik orqanlarının rəhbər işçiləri ilə görüş və danışıqlarının audio yazıları sübut kimi ortada olub, MTN yalan məlumat verməyə görə beş il iş alıb, aldığı sroku günə-gün çəkib. Bunun adı nədir: macaracılıq, informatr, yoxsa könüllü drujinnik fəaliyyəti? Adam soruşarlar: birincisi niyə MTN-ə məlumat vermisən; ikincisi, bu yolu tutmusansa niyə yalan məlumat verirsən? Bu hələ hamısı deyil. Hakimiyyətdaxili mübarizəyə müdaxilə etdiyinə görə tutulduğu sonuncu həbsdən Qurbanı öhdəliklə buraxıblar. Yəni adam üzərinə yazılı öhdəlik götürüb ki, “dövlətçiliyin” məsələlərində hakimiyyətlə əməkdaşlıq edəcək. Bunu özü də sonralar etiraf edib. Və bu öhdəlikdən irəli gələn vəzifələr daxilində 2018-ci ilin mart ayının 25-də DTX rəisi Mədət Quliyevlə görüşüb, aprelin 1-də Londona hicrət edib və bir neçə həftə sonra da lazımı avadanlıqla təchiz edilərək müxalifətə qarşı mübarizəyə başlayıb. İndi Siz özünüz müəyyən edin: belə əməllərin sahibinin adı nədir? Dünən bu adam dəridən qabıqdan çıxıb sübut etməyə çalışır ki, bəs onun haqqında mən yalan demişəm, bəs o, Mədət Quliyevlə martın 31-i yox, martın 25-i görüşüb. Qurban əvvəl iddia edirdi ki, guya o, siyasi məhbusları azad etdirmək üçün Mədət Quliyevlə görüşüb. Dünən isə tamam ayrı nağıl danışır və bildirir ki, bəs o, özü getməyib, onu iki nəfər DTX əməkdaşı Mədət Quliyevin qəbuluna aparıb. Əgər onu zorla aparıblarsa niyə ictimaiyyətə məlumat verməyib, niyə bu faktı 6 ay gizlədib, niyə 11 ay sonra fərqli versiya irəli sürür? Bir sözlə indi Qurban özü-özünü elə dolaşdırıb ki, heç Mədətdən də mədət gözləyə bilməz. Bu özünü elə aparır ki, sanki Naxçıvandakı “ideal idarəçiliyi” bütün ölkəyə daşımaq təklifi ilə mətbuatda çıxış edən, Əliyev rejiminin “otdel kadrı” missiyasını üzərinə götürüb Fuad Ələsgərovu MTN naziri olmağa ən layiqli namizədliyini təklif edən, çoxusu dindar olmaq 33 nəfər Azərbaycan vətəndaşını güllələyən Mədət Quliyevi vəsf edən, İlham Əliyevə məktub yazan, dili ilə ondan vəzifə istəyən bu yox, biz olmuşuq. Adama deyirsən Xalq Cəbhəsi hökumətindən tək adamsan ki, 16 min dollar “yardım” almısan, izahını ver görək qazı olmusan, kəşfiyyata gedib “dil” gətirmisən, ya silah almısan? Deir dövlət sirridir. Halbuki, o sirri Qurbanın özündən başqa hamı bilir.
İndi keçək şəriət dövləti məsələsinə. Əlbəttə, Milli Şura olaraq bizim gündəliyimizdə belə sərsəm bir məsələ olmayıb. Bu məsələni Nardaran hadisələrindən bir gün əvvəl həmin kənddə zühur etdiyi (məlum deyil könüllü və ya əməliyyatın bir epizodu kimi) bildirilən Qurban Məmmədov müzakirəyə təqdim etməyə cəhd göstərib, biz də ağzından vurmuşuq. İndi bu uydurur ki, guya London hicrətindən sonra biz bunu ortaya atmışıq ki, “islam düşməni” olan Britaniya hökuməti buna oturum verməsin. Əvvələ, məşhur Ağa xandan başlayaraq öz ölkəsində təqib olunan bütün islam üləmaları məhz Britaniyaya gəlib, orada sığınacaq alıb. Bu gün Britaniya ən çox islam inanclı insanların yaşadığı ölkədir. Əgər bizim belə niyyətimiz olsaydı, ilk növbədə Qurbanın şəriət dövləti “kriminalın” yox, MTN və DTX ilə əməkdaşlığın önə çəkərdik. Çünki son illər Britaniya hökuməti Rusiya FSB-nin bu ölkədə törətdiyi natəmiz işlərdən çox acıqlıdır. Bizim belə bir niyyətimiz yoxdur və əslində Qurban Məmmədov kimi birisinin haradasa daldalanması, bu ölkədən uzaq olmasa daha faydalı görünür. Bir daha bəyan edirəm Qurban belə fikirləri toplantıda qaldırıb, cavabın alıb, hətta sonra elə Namizəd bəyin ofisində İbrahim İbrahimli və Məhəmməd Talıblının iştirakı ilə bunun doğru olduğunu sübut etməyə çalışıb. Namizəd bəy həmin vaxt hələ nümayəndəlk institutu ləğv edilmədiyi üçün tez-tez məhkəmə işlərinə çıxdığından bəzən iclaslarda iştirak etmirdi, həmin iclasda da olmadığı istisna olunmur. Maraqlı bu deyil, maraqlı odur ki, özün islam təəssübkeşi kimi qələmə verən bu adam hicrət məsələsi gələndə Məkkə və Mədiniyə, Quma, Nəcəfül əşrəfə deyil, Londona mühacirət edir.
Qurban Milli Şuranın, onun rəhbərliyinin ünvanına bütün nalayiq ifadələri işlətdiyikdən sonra özünün hakimiyyətə xidmətin belə sığortalayır, Əli Kərimlidən, Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən, Tofiq Yaqubludan İlham Əliyev yaxşıdır. Hakimiyyət əlaltılarının sığındığı başlıca tezisdir bu. Rauf Arifoğlu da bir müddət İlham Əliyev Əli Kərimlidən yaxşıdır tezisi altında manupulyasiya edib axırda da öz ordenini aldı. İndi deyəsən “Qılınc” Qurbanın da sinəsi orden üçün qəribsəyib. Axı xaricdə işləyən əməkdaşların təltifin imzalayanda axırda qeyd qoyurlar ki, mətbuatda dərc edilməsin. İndi Qurban da azuqəsin götürüb düşüb Əli Kərimlinin üstünə ki, hakimiyyətin bütün ləyaqətsiz, şərəfsiz, namussuz əməllərinin hədəfi olan Əli Kərimli sən demə hakimiyyətə işləyirmiş və gərək cəbhəçilər aldanmasınlar. Necə olur ki, Əli Kərimli 25 ildir 1993-cü ildə dövlətdən aldığı bir mənzildə yaşayır, partiya üçün ofis kimi aldığı rəsmi mülk sənədi olan sahənin 8-9 ildir qapısı FHN tərəfindən qaynaqlayır, amma 1993-cü ildə mənim Bakı şəhərində mənzilim yoxdur bəyanatını verən, bu məqsədlə hakimiyyətdən 16 min dollar “ yardım” alan Qurban Məmmədov Əliyevlərin idarəçiliyi dövründə yalnız bir binada 25 mənzil alır, sənədi olmayan bu mülkləri kirayəyə verə bilir, əhalini aldadıb “Azerfreedim ailəsi” üçün pul dilənir, nəticədə də o, yox Əli Kərimli hakimiyyətin adamı olur. Bu necə məntiqdir? Öz oğlunun “qəhrəmanlığından” danışıb Əli Kərimliyə – bəs sənin oğlun nə edib? – sualını ünvanlayır. Ümumiyyətlə mən övladların bu müzakirəyəyə cəlb edilməsinin əleyhinəyəm. Amma sənin oğlun 6 gün həbsdə olub və buna görə də Britaniyada siyasi sığınacaq əldə edib. Əli Kərimlinin oğlu 2013-cü ildə bir ay həbsdə olub, təhsil vizası ilə Londonda ən yüksək hüquq təhsili alıb, son illərdə də iş vizası ilə ABŞ-da çalışır. Sənin uşaqlarından fərqli olaraq nə heç bir dövlətdən sığınacaq istəməyib, nə də mühacir kimi yardım almayıb, öz zəhməti ilə dolanır. Yeri gəlmişkən bu sualı ancaq YAP-çılar və Qurban Məmmədov verir. Təsəvvür edin ki, adam özü qaçıb xaricə, iki oğlun ölkədən çıxarıb və xalqı da üsyana çağırır. Görün necə çoxbilmiş ədalətli lider, boynuna “xilaskarlıq” gəlmiş qəhrəmandır bu Gülünc Qurban!
İndi Qurbanın efirində kimsə ona deyəndəki 19 yanvar mitinqində sizin də böyük uğurunuz olub. Bu sözlərdən o, xamuş olur. Yalançının yaddaşı olmaz. Bu adamların da, onun özünün də yaddaşı korşalıb. Mitinqdən bir gün əvvəl, yanvarın 18-də Qurban 19 yanvar mitinqini pozmaq, adamların aksiyaya gəlişini önləmək üçün nə mümkünsə edib, yalan danışıb, bomba, terror ola biləcəyi təhlükəsi ilə adamları çəkindirib. Amma məqsədinə nail olmayıb, onun çürük fikirləri də ondan seçilməyə vücudu da iflasa uğrayıb. Necə olur mitinqdən qabaq Azərbaycan hakimiyyəti qasırğa, tufan təhlükəsi ilə adamları qorxudur, məktəbləri bağlayır, eyni vaxtda Qurban da mitinqdə bomba və terror təhlükəsi olacağının xəbərdarlığını edir, “xilaskarlıq” missiyasını işə salıb adamların məhsul meydanına gəlməməsi üçün haray qaldırır. Bu təsadüf, yoxsa anti-mitinq fəaliyyətinin koordinasiyasıdır?
Ən nəhayət, Qurban mənim kitablarımı London kitabxanalarında tapmadığının narahatçılığını yaşayır, guya bütün bunların yalan olduğunu cəmiyyətə deyib mənim kitabımı bağlamaq istəyir. Qılınc Gurban idiiası ilə yaşayıb 60 yaşında ingilis dili höccələyən Gülünc Qurbanını bu narahtçılıqdan qurtarmaq üçün həmin kitabların Avstraliyadan Torontoya, Macaudan Havay adalarına qədər yayılmış həmin kitabların çox az bir hissəsinin linklərin şərh bölümündə yerləşdirirəm ki, bəlkə adam öz yalanından utanıb xəcalət çəksin, kişi yalan danışmaz deyib kəlməbaşı yalan danışmasın.

Qurbanın mahiyyəti köhnə mitil kimi ortadadır
•