QOÇ
“Qoç”lar yaxınlarına qarşı çox tələbkardırlar. Hamı sizdən uzaq durmağa çalışacaq ki, hirsinizi onun üzərinə tökməyəsiniz. Buna baxmayaraq, siz ilk gördüklərinizlə yaxşı münasibət quracaqsınız. Bu gün ilk baxışdan aşiq olmaq ehtimalı da var.
BUĞA
Günün gedişatı qabaqcadan alış-veriş, yaxud da vacib görüşlər təyin edənlər üçün arzuedilən olmayacaq. Neqativ hallardan uzaq durmaq üçün ən yaxşısı evdə oturmaqdır. Yaxınlarla da dil tapmaq asan olmayacaq.
ƏKIZLƏR
Istənilən işdə bəxtiniz gətirəcək. Günün ortalarında xoş xəbər alacaqsınız. Bunun ya puldan, ya da hədiyyədən ibarət olacağı ehtimal edilir. Təəssüf ki, itki də istisna edilmir. Xüsusən də qiymətli əşyaların sınmaq ehtimalı başqa günlərdən daha çoxdur.
XƏRÇƏNG
Bürcün nümayəndələri onların problemlərini həll edəcəyini vəd edənlərin arxasınca düşürlər. Bu cür etibarlılıq isə artıq problem yaratmaq deməkdir. Yaxşı tanımadığınız adamlarla az ünsiyyətdə olun.
ŞIR
Səhəriniz şəxsi müstəvidəki xoşagəlməz halla açılacaq. Həqiqətin gözünün içinə baxmaq sizin üçün sevindirici olmayacaq. Siz hisslərinizə güvənə bilərsiniz. Özgələrin məramını tez aydınlaşdırmaq bacarığınız olduğu üçün az tanıdığınız adamlarla ünsiyyət qurmaq çətin olmayacaq.
QIZ
Çox gərgin və narahat gündür. Xoşbəxtlikdən “Qız”lar addım atmamışdan öncə nələrin baş verəcəyini düzgün proqnozlaşdırırlar. Elə ona görə də siz yanlış addımlardan və qorumağa çalışdığınız münasibətlərin itkisindən qaçacaqsınız.
TƏRƏZI
Maliyyə və ya əmlakla bağlı gözlənilməz uğurlarınız olacaq. Təbiət qoynunda dincəlmək üçün əla gündür. Əsas odur ki, kampaniyanızda kinayəli zarafatlar edən olmasın.
ƏQRƏB
Ulduzlar xəbərdarlıq edir ki, alqı-satqıda və ya investisiya işində ehtiyatlı olun. Bu gün bürcün nümayəndələri lazım olduğundan çox pul xərcləyəcəklər. Təsadüfi görüş sizin həyatınızda vacib rol oynayacaq. Ehtiyatlı olun, taleyin sizə bağışladığı şansı qaçırmayın.
OXATAN
“Oxatan”lar üçün darıxdırıcı gün olacaq. Gün elmi-tədqiqat işləri üçün münasibdir. Günün ikinci yarısında komediya izləməklə əhvalınızı qaldıra bilərsiniz.
OĞLAQ
Bu gün imicinizlə bağlı apardığınız eksperimentlər uğurlu olacaq. Bu mövzuda ulduzlar deyir ki, başqalarının məsləhətinə qulaq asmayın, öz daxili səsinizə fikir verin. Özünüzü başqa dünyada hiss etmək üçün bu gündən istifadə etmək olar.
DOLÇA
Yaxınlarla aranızda fikir ayrılığı olacaq. Səhər mübahisə etsəniz də, günortaya qədər barışa bilərsiniz. Günün ortalarında baş verən mübahisə isə daha ciddi xarakter daşıyacaq. Ailəvi əyləncə təşkil etmək məsləhət deyil, çünki kimsə narazı qalacaq, günahkar isə sizi hesab edəcəklər.
BALIQLAR
Böyük səyahətin başlanğıcı üçün əla gündür. Bu gün yola çıxanları maraqlı səfər gözləyir. Qalanları isə xoş təsadüflərlə kifayətlənməli olacaqlar. Sonu romantik münasibətə çevriləcək gözlənilməz görüşün olacağı da ehtimal edilir.

Günün ulduz falı (17.10.12)
•