İlham Əliyev bunu bu 3 ayda niyə etmirdi?

AXCP sədri Əli Kərimli ölkə başçısı İlham Əliyevin yanvarın 28-də bir qrup şəhid ailəsi ilə görüşəndən sonra bütün şəhid ailələrinə birdəfəlik müavinətin (“qanpulu”) ödənilməsi haqda dərman verməsinə münasibət bildirib. AXCP sədri feysbuk səhifəsində yazır:

Rejimin xalqdan qorxmasının faydası

İlham Əliyev nəyə görə 3 ay ərzində şəhid ailələrinin, analarının yağışda, qarda Bakı küçələrində müavinət uğrunda mübarizə aparmasına biganə qaldı, onları qəbul etmək, problemlərini yoluna qoymaq haqqında bir dəfə də düşünmədi, yalnız onlar taqətdən düşəndən, yorulub etiraz aksiyalarını dayandırandan və 19 yanvar mitinqindən sonra bu mövzuya qayıtdı? Sadə insanlara da aydın idi ki, şəhidləri ordu və polisdə xidmətinə görə fərqləndirmək olmaz. Hər kəs anlayırdı ki, hansı şəhid ailəsi müavinət almayıbsa, onun müavinətini vermək lazımdır. Dövlət başçısı bu sadə həqiqətləri nəyə görə belə uzun müddətdən sonra qəbul etdi? Səbəb aydındır. Azərbaycan xalqının 19 yanvarda nümayiş etdirdiyi kütləvi, 26 yanvarda nümayiş etdirməyə hazır olduğu daha kütləvi etiraz. Bax belə olur ki, hökumət xalqla hesablaşır. Möhkəm olun, yeni mitinqlər haqda xəbərlər gözləyin.