Ərdoğan Bakıda Əhmədinejatla görüşdü

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iştirakçı ölkələrin bəzilərinin rəhbərləri ilə görüşüb. ANS PRESS-in məlumatına görə, daha çox diqqət mərkəzində olan Ərdoğanın İran prezidenti Mahmud Əhmədinejatla görüşü olub.
Görüş mətbuat üçün qapalı şəraitdə 40 dəqiqə davam edib.
Məlumata görə, görüşdə Suriya məsələsi müzakirə edilib.
Türkiyənin baş naziri daha sonra Azərbaycanın dövlət başçısı İlham Əliyevlə bir araya gəlib.