Bu gün saat 12:30-da İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadovaya məxsus “KİA” marakalı 90 MB 121 nömrə nişanlı ağ rəngli maşın yoxa çıxıb. Bu barədə gozetci.az portalına İ.Cavadova özü məlumat verib. Hüquq müdafiəçisinin dediyinə görə, maşını Atatürk prospekti 30-un qarşısında saxlayıb. Qayıdanda maşının orada olmadığını görüb. İ.Cavadova avtomobilinin oğurlanmasını da istisna etmir: “Fakt odur ki, avtomobil yoxa çıxıb. Bilmirəm kim aparıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişəm”.
Qeyd edək ki, əksər hallarda yol polisləri sürücüləri xəbərdar etmədən yol kənarındakı avtomobilləri cərimə meydançasına da aparırlar.
Hüquq müdafiəçisinin maşını yoxa çıxıb
•