Suriyanın paytaxtı Dəməşqdə növbəti şiddətli partlayış baş verib. Tükiyə mətbuatının yazdığına görə, partlayış Dəməşqin Baramkə bölgəsində meydana gəlib. Yerli fəallar və olay şahidləri partlayışdan sonra bölgədə silah səslərinin eşidildiyini, havaya qırıcı təyyarələrin qalxdığını bildirib.
Partlayış zamanı ölən və yaralananlar barədə məlumat yoxdur. Dəməşqlə yanaşı İdlib şəhərinin Maarrətu Numan mahalı ilə Hələb tərəflərində də şiddətli partlayışların baş verdiyi xəbəri yayılıb. Həmin partlayışlar zamanı da ölən və yaralılar barədə xəbər yoxdur.