Hondurasda futbol oynayan qruplara qarşı həyata keçirilmiş silahlı hücumlarda 11 nəfər həlak olub.
Honduras rəsmiləri hücumların Olanço bölgəsindəki meydançalarda futbol oynayan 3 ayrı qrupa qarşı həyata keçirildiyini, nəticədə yaşları 18-25 arasında olan 11 gəncin həlak olduğunu bildiriblər.
Hadisənin səbəbləri barədə məlumat verilmir (APA).