Rusiyanın Moskva vilayətinin Serqiyev Posad şəhərindəki “Kovçeq” kafesində polis kapitanı iki azərbaycanlını güllələyib.
Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, polis kapitanı Vyaçeslav Xoxlinlə həmyerlilərimiz eyni stolda yeyib-içirmiş. Birdən onların arasında mübahisə düşüb. Mübahisə isə davaya çevrilib. Nəticədə Xoxlin əvvəlcə bıçaqla, sonra isə tapançayla həmyerlilərimizi vurub. Nəticədə Azərbaycan vətəndaşları – 25 yaşlı Turan Hüseynov və 50 yaşlı adı açıqlanmayan başqa bir kişi ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma gedir.