Bu gün səhər saatlarında Bakının Suraxanı rayonu ərazisində zəncirvarı yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Heydər Əliyev prospektinin Aeroport yolu kimi tanının hissəsində olub.
Yolun hava limanına gedən zolağında 5 avtomobil, “Mercedes”, “Hyundai”, “Chevrolet” və 2 “VAZ” markalı avtomobil toqquşub. Qəza nəticəsində bir neçə nəfər yüngülcə xəsarət alıb, avtomobillər əzilib.
Qəzadan sonra yolda avtomobilin hərəkətində müəyyən sıxlıq yaranıb. Əraziyə cəlb edilən yol polisləri yolda yaranan tıxacı aradan qaldırıblar.