Oktyabrın 14-də Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələ nəticəsində bir nəfər ölüb.
Bu barədə APA-ya Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev məlumat verib. Onun sözlərinə görə, zəlzələ baş verən zaman yıxılaraq kəllə-beyin travması alan Kortala kənd sakini, 1936-cı il təvəllüdlü Zinədova Xacabanu Məhəmməd qızı xəstəxanaya yerləşdirilib. O, gecə dünyasını dəyişib.
***
14.10.2012
5 nəfər xəsarət alıb
Zəlzələ nəticəsində Balakən rayonunda xəsarət alanlar var. Ölən olmayıb. Bu barədə AzadlıqRadiosuna Balakən rayon mərkəzi xəstəxanasının baş həkimi Hacı Ömər məlumat verib:
“Yüngül xəsarət alan 5 nəfər xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstəriləndən sonra hamısı evə buraxılıb. Bundan başqa təcili yardım xidmətinə də 20 nəfər tərəfindən müraciət olunub. Onların da hamısına baş çəkilib tibbi yardım göstərilib. Həmin adamlar xəsarət almayıb, sadəcə xəstə yatan adamlardı. Hadisə baş verəndə səhhətlərində müəyyən problemlər yaranıb. Ölüm hadisəsi olmayıb”.
Oktyabrın 14-ü Azərbaycanın Gürcüstanla sərhəd şimal-qərb bölgəsində bir neçə dəfə yeraltı təkanlar qeydə alınıb. Dağıntıların və bir çox tikililərdə çatlar əmələ gəldiyi bildirilir. Balakən rayonundan aldığımız məlumata görə, hazırda Fövqəadə Hallar Nazirliyinin mütəxəsisləri ərazidə iş aparırlar.
***
Azərbaycanın şimal- qərb bölgəsində zəlzələ olub
Respublika Seysmoloji Mərkəzin yaydığı məlumata görə, oktyabrın 14-ü saat 15:13 radələrində Zaqataladan
Balakən rayon sakinlərinin Azadlıqradiosuna verdiyi məlumata görə, şəhərdə və ətraf kəndlərdə tikililərdə iri çatlar əmələ gəlib, bəzi yerlərdə dağıntılar da var.
Bir neçə saniyə davam edən zəlzələdən sonra adamların evlərini tərk etdiyi bildirilir.
Bundan əvvəl həmin ərazidə oktyabrın 13-ü yerli vaxtla saat 23:44-də zəlzələ qeydə alınıb. Zəlzələ Balakən, Zaqatalada 4 bal; Mingəçevir, Gəncə, Şəkidə 3 bala qədər hiss olunub.
“Azadlıq radiosu”