NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı bugün səhər saatlarında azadlığa çıxıb.
Zaur Qurbanlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırdı.
Gənc fəal sentyabrın 29-da tutulub.
Daxili İşlər Nazirliyi yaydığı məlumatda bildirir ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatı əsasında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib.
Bundan sonra Abşeron Rayon Məhkəməsi onun barəsində 15 gün müddətinə inzibati həbs qərarı çıxarıb.
«NİDA» Vətəndaş Hərəkatı yaydıqları bəyanatda Zaur Qurbanlının siyasi fəaliyyətinə görə oğurlandığını bildirmişdi