Bakıda keçirilən 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı başa çatıb. Final görüşündə Koreya Xalq Demokratik Respublikası və Fransa idmançıları qarşılaşıblar. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 11 metrlik cərimə zərbələrini daha dəqiq vuran (8:7) Fransa futbolçuları dünya çempionu adını qazanıblar (APA).
Qarşılaşma oktyabrın 13-də Tofiq Bəhramov adına stadionda keçirilib.
Çempionatın bağlanış mərasimini isə dünya şöhrətli müğənni Şakiranın çıxışı təşkil edib. O rəqs qrupunun müşaiyəti ilə iki mahnı oxuyub.