Eks prezidentin oğlu həbs olundu

Kurmanbek Bakiyevin oğlu Maksim Londonda saxlanılıb

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev Londonda həbs olunub. Maksim Bakiyev saxtakarlıq və korrupsiya ittihamıyla axtarışda idi. Qırğızıstan hökuməti Maksim Bakiyevin həbs olunduğu xəbərlərini təsdiqləyib. Eks prezidentin oğlu Qırğızıstanda saxtakarlıq və milyonlarla dollarl dövlət vəsaitini talamaqda günahlandırılırd. O, atası Kurmanbek Bakiyevin 2010-cu ildə xalq etirazları nəticəsində devirlməsindən bəri sonra Londonda yaşayırmış.

Yayılan xəbərlərə görə, Maksim Bakiyev, İngiltərəyə 2010-cu ilin iyulunda ilk gedişində də saxlanılmışd. Lakin müvəqqəti sığınacaq haqqı aldığı üçün 6 gün sonra azadlığa buraxılmışdı. Maksim Bakiyev atası Kurmanbek Bakiyevin prezidentliyi illərində Qırğızıstan İnkişaf, İnvestisiya və Yenidənqurma Birliyinin rəhbəri postunu tuturdu və külli miqdarda pul üzərində nəzarət haqqına sahib idi.

Bakiyevin devrilməsindən sonra Qırğızıstan hökuməti İngiltərədən Maksim Bakiyevin ekstradisiya olunmasını istəmişdi. Ancaq İngiltərə ilə Qırğızıstan arasında cinayətkarların ekstradisiyası müqaviləsi olmadığı üçün bu iş baş tutmamışdı.