Obamanın üzüyündəki yazı sensasiya doğurdu (FOTOLAR)

ABŞ prezidentinin üzün illərdir taxdığı üzükdə “La ilahə illəllah” yazıldığı iddia olunur

ABŞ-da prezident seçkilərinə üç həftə qalmış Ağ evin indiki rəhbəri Barak Obamanın müsəlman olub-olmadığıyla bağlı müzakirələr yenidən gündəmə gəlim. Bu dəfəki müzakirə ABŞ prezidentinin barmağındakı üzüklə bağlıdır. İddialara görə Obamanın üzüyündə ərəbcə, “La ilahə illəllah” yazılıb. İddiaların qaynağı mühafizəkarlığıyıa tanınan World Net Daily (WND) xəbər saytıdır.

Saytın yazdığına görə, Obamanın Mişel Robinson ilə evlənməzdən əvvəl Harvard Hüquq Fakültəsində oxuduğu vaxt da həmin üzüyü taxıb və bu üzdən tələbə yoldaşlarıyla konflikti olub. “The New Yorker” jurnalı Obamanın 1980-ci illərdə “Occidental College”də oxuduğu vaxt çəkilmiş fotolarını yayımlayıb və həmin şəkillərdə də prezidentin barmağında eyni üzük olduğu görünür.

Üzüyün fotoşəkillərini misirli İslam alimi Mark A. Qabrielin araşdırmalarını verən sayt üzükdə “La ilahə illəllah” yazıldığını bildirib. İslam alimi Qabriel “Belə bir üzük taxan adam İslam inancına, dininə və cəmiyyətinə şübhəsiz çox yaxındır” deyib. İddiaların doğruluğunu araşdıran “Əl-Ərəbiyə” kanalı isə Ağ evin məsələ ilə bağlı suallara cavab ala bilməyib.