Bərzani kürdləri silahı yerə qoymağa çağırdı

İraqın şimalındakı kürd muxtariyyatının başçısı Məsud Bərzani demokratik və sülhməramlı mübarizə üçün Türkiyə, Suriya, İran və İraqda olan kürd qruplaşmalarına tərksilah olmağa dair çağırış edib.

Türkiyə mediasının yaydığı xəbərə görə, Ərbildə keçirilən Elmi Dünya Kürd Konqresinin açılış mərasimindəki çıxış edən Bərzani “Hədəflərimizi reallaşdırmaq üçün silahlı mübarizənin zamanı keçib. Parlament kimi demokratik kanallar və dialoq yolu ilə sülhməramlı bir mübarizə həyata keçirməliyik”, – deyə bəyan edib.

Bərzani bildirib ki, kürdlər də bütün etniklər kimi gələcəklərini müəyyənləşdirmək haqqına malikdir, amma bu, silahlı mübarizə yolu ilə olmamalıdır: “Haqqlarımızı silah gücü ilə tələbdən imtina etməliyik. Əks halda, beynəlxalq ictimaiyyətin də dəstəyini qazana bilmərik”.