guler ahmedova

Gülər Əhmədova olayı sərhədləri aşır

guler ahmedovaİslam Kərimov İlham Əliyevdən sabiq deputatın xahişini edə bilər

YAP rəhbərliyi isə “sıravi üzv”ün hədəsindən sonra geri çəkilməyə başlayıb

Sabiq deputat Gülər Əhmədova ilə bağlı “Azadlıq”a maraqlı məlumat daxil olub. Həmin məlumatda iddia olunur ki, Gülər Əhmədovanın Azərbaycanda səfərdə Özəbkistan prezidenti Islam Kərimova yaxın şəxslərdən biri ilə biznes əlaqələri var. Məlumatı verən mənbənin iddiasına görə, tamamilə mümkündür ki, Islam Kərimov ölkə başçısı Ilham Əliyevdən Gülər Əhmədova ilə bağlı müəyyən xahişdə bulunsun:
“Gülər Əhmədovun biznes ortağı olan şəxs Islam Kərimova çox yaxın şəxsdir. Bu baxımdan Özbəkistan prezidentinin Ilham Əliyevdən Gülər Əhmədovanın xahişini etməsi gözləniləndir və bəlkə də belə bir xahiş olub”, – deyə mənbə iddia edib.
Bu arada Gülər Əhmədovaya hücuma keçən YAP-çılar geri çəkilməyə məcbur olub. Sabiq deputatın hədələyici bəyanatından sonra ona təhqirlər yağdıran YAP-çılar indi söylədiklərini danırlar.
YAP-ın Idarə Heyətinin üzvü Kərim Kərimov “Qafqazinfo”ya açıqlamasında deyib ki, YAP-ın görkəmli simalarının mediadakı açıqlamalarının heç birində Gülər Əhmədovaya qarşı böhtan, təhqir yoxdur. “Şikayət etməyə onun da haqqı var. Gülər Əhmədova bildirir ki, onun ünvanına təhqirlər deyilib. Idarə Heyətinin üzvləri də bu məsələyə münasibət bildiriblər”.ÿ
Kərim Kərimov Idarə Heyətinin dünənki toplantısında Gülər Əhmədova məsələsinin müzakirə obyekti olmadığını da qeyd edib.
“Yeni Azərbaycan Partiyasının rəhbərliyində olan şəxslərin, o cümlədən hakim partiyadan olan millət vəkillərinin Gülər Əhmədova barəsində dediyi sözlər təhqir yox, tənqiddir”.
Bunu isə SIA-ya açıqlamasında YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı Gülər Əhmədovanın sosial şəbəkədə yaydığı müraciətə münasibət bildirərkən deyib. M.Qurbanlı bildirib ki, Gülər Əhmədova həmin video hadisəsindən sonra özü istefa verib: “Mətbuatın sualını cavablandırmaq isə borcumuzdur. Bu məsələ ilə bağlı ayrı-ayrı deputatlara, partiyanın rəhbərliyində olan şəxslərə suallar verilib. Onlar isə heç bir təhqiredici fikir səsləndirmədən öz münasibətlərini açıqlayıblar”.
Mübariz Qurbanlı müstəqil qəzetləri məsələni qızışdırmaqda ittiham edib.
YAP-çı deputat Hadı Rəcəbli isə növbəti dəfə Gülər Əhmədova ilə bağlı baş verənlərə də münasibət bildirib. O son hadisələrin xoşagəlməz olduğunu və hamının qanını qaraltdığını, dilxor etdiyini deyib. Hadı Rəcəblinin sözlərinə görə, Gülər Əhmədova hakim partiyadan çıxarılmalıdır: “Mütləq partiyadan çıxarmaq lazımdır. Bu boyda biabırçılıq olub. Bütün Azərbaycan, bütün cəmiyyət bu addımı gözləyir”.
Bu arada “Bizim Yol” qəzeti məlumat yayıb ki, Elşad Abdulalyevin qardaşının oğurlanmasında adı keçən müğənni Mətanət Isgəndərli Baş Prokurorluqda dindirilib. Mətanət Isgəndərli özü bu barədə danışmaq istəmədiyini deyib.
Baş Prokurorluq isə xəbəri təkzib edib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, bəzi KIV-də Mətanət Isgəndərli və bacısı Təranənin Baş Prokurorluqda Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: “Bu məlumat doğru deyil və tərəfimizdən təkzib olunur”.