Azərbaycan prezidenti Ilham Əliyevin ölkənin energetika bazarının ən aktiv “oyunçu”su olan Böyük Britaniyanın “British Petroleum” (BP) şirkətinə tənqidi kriminal hakimiyyət üzərində buludların artan sürətlə sıxlaşması zamanına təsadüf etdi.
Əliyev “əsrin kontraktı”nın operatoru olan BP-ni “çiçəklənən Azərbaycan” şüarının əsası olan “qara qızıl” hasilatını bilərəkdən azaltmaq ittihamına Fransaya qaçan keçmiş rektor Elşad Abdullayev rejimi ifşaya məruz qoyandan və Avropa Şurası Azərbaycanda siyasi məhbus haqqında uzaqmənzilli məqsədlər güdən qətnaməni qəbul etdikdən sonra hökumətin 10 oktyabr iclasında məruz qoydu.
Energetika və siyasət sahəsində ixtisaslaşmalarından asılı olaraq ekspertlər Azərbaycan hökumətinin bu neft nəhəngilə daha çox texniki və maliyyə münasibətlərinə meyl göstərərək bir-birilə yanaşı gedən iqtisadi və siyasi xarakterli iki mülahizə irəli sürürlər.
Amma bu məsələdə hər iki sahənin bir müstəvidə biləşdirilərək Azərbaycanın son 20 illik müstəqillik tarixindəki siyasət probleminin aparıcı yer tutması daha doğru olardı.
Azərbaycanın siyasi müstəqilliyi tarixində dəfələrlə qeydə alınan qeyri-sabitlik və sabitlik proseslərində aparıcı rol oynamış və oynamaqda davam edən neftlə birbaşa bağlıdır.
Rus inqilabı bürümüş Bakını sonuncu ingilis əsgəri tərk edəndən 70 il sonra BP Böyük Britaniya bayrağını Azərbaycanda yenidən qaldırdı. Artıq ingilis-amerikan şirkətləri Bakıda 1990-cı ildə, yəni öz dövlətlərinin energetika və daha uzağa gedən maraqlarının siyasi mühafizəsini təmin edən diplomatik missiyalardan iki il öncə peyda oldular.
Böyük Britaniyada “dövlət içində dövlət” adlandırılan BP Azərbaycanın müstəqilliyinin ilk illərində Qərb üçün neftlə zəngin və strateji baxımdan əhəmiyyətli ölkədə avanqard rol oynadı ki, “Azəri”-“Çıraq”-“Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Nabucco” kimi iri layihələr bunun təsdiqidir.
Bir tərəfdən sabitlik, enerji-iqtisadi inkişaf, qərbyönlü siyasi vektor yaradan, digər tərəfdən demokratiya, insan haqları, söz azadlığını arxa plana keçirərək bununla da Asiya mahiyyətli Avropa sifəti hibridini formalaşdıran ziddiyyətli Əliyev rejiminin yaranmasına 1993-cü ildə məhz BP kimi şirkətlər həlledici dəstək verdilər.
Prezident Heydər Əliyev də hakimiyyəti oğluna təhvil verdiyi ərəfədə BP-dən narazılıq edərək şirkətə 1994-cü ildə imzalanmış “əsrin kontraktı” çərçivəsində əsaslı xərcləri əsaslandırılmamış şişirtmələrini xatırlatdı. Nəticədə xərclər daha da artdı, amma hakimiyyət dəyişikliyi “millət atası”nın istədiyi şəkildə həllini tapdı.
Münasibətlərə yenidən baxmaq şantajı ilə Ilham Əliyev növbəti 2013-cü ildəki prezident seçkisində bu qüdrətli Britaniya lobbiçisinin himayədarlığına nail olmaq arzusundadırmı sualını analitiklər istər-istəməz verirlər.
I.Əliyev postkommunist, avtoritar Azərbaycanın təkamül yolu ilə demokratiyaya keçməsi kimi baxıldığı 2003-cü il seçkilərilə müqayisədə 2013-cü ildə müəyyən mənada hətta özü üçün belə gözlənilməz (bunu onun reaksiyası göstərir) olan daha zəif mövqedədir.
Problemin mahiyyəti bundan ibarətdir ki, dünyadakı siyasi rejimlərin xəritələrinin və ilk növbədə də Azərbaycandan o qədər də uzaq olmayan ölkələrdə, qlobal dəyişkliklərə məruz qaldığı, “siyasi kart”ların qatışdırıldığı bir vaxtda indiki dövlət qurulucuğu sistemi üçün status-kvo-ya şans qoymur.
Aparıcı neft nəhənglərinin ərazisində fəaliyyətdə olduğu dövlətlərin siyası maraqları ilk plana çıxır. Belə ki, energetika avtoritar rejimlərin sürətlə islahatlaşması strategiyasında köməkçi rol oynayır.
Qərb dünyasına ancaq maddi resursların lazım olması kimi arxaik düşüncə indiki zamanın sınağından çıxa bilmədi. Yeni dünya qlobal istehsalla və maddi resursların istehlakı ilə məşğul qlobal zəngin insan resurslarına ehtiyac hiss edir, amma bu heç də avtoritar rejimlərin liderlərinin hələ də arxalanmaq istədiyi neft kimi primitiv resurslara olan ehtiyac deyil.
Turan Analitik Xidməti