Bir qovğanın üstündən başqa bir qovğa. Belə görünür: Gülər Əhmədova qovğası bu ölkədə hələ çox qovğalar doğuracaq. Indilikdə rejim başçılarının iki yolu var: 1) indiki yalançı, qondarma, alver yoluyla yaradılmış “parlamenti” buraxıb, gerçək, doğru-düzgün parlament seçkisi keçirmək; 2) əliyevçi rejimi bütünlüklə gözdən salmaqda olan Gülər Əhmədova qovğasını arxa plana keçirəcək – gündəmi dəyişəcək başqa addımlarda bulunmaq.
Gülər Əhmədova ilə bağlı serial videogörüntülər hələ bitməyib, ancaq indiyədək ortaya çıxanlar da heydərizm rejiminin bütünlüklə rüşvət-korrupsiya rejimi olduğunu, korrupsiya ideologiyası üzərində durduğunu tutarqalayan, danılmaz, parlaq görsənişlərdir. Ramil Səfərovun yeri görünür: olaydı Macarıstanda, ALIB gətirib triumfal şou-göstərilər yapaydılar. Ramil bir dənəydi. Indi nə etməli? Ax, Putinin yerində Yeltsin olsaydı! Eləcə də Putinin özünü ələ alıb erməni işğalındakı yerlərdən bir azını almaq olsaydı! Çağ ötür, Elşad Abdullayev dayanmadan, yağıcasına rejimin içini açıb tökür, effektli bir qarşılıq da vermək olmur. Bu adam illərlə Bakının özündəcə qanun, qanunçuluq axtarıb, axtarış faktı olaraq ən aşağılardan ən yuxarıya – ölkə prezidentinədək – hər yerə üz tutub, hamını itkin düşmüş qardaşı ilə bağlı haraya çağırıb. Ən aşağılardan ən yuxarılaradək kimsə onu eşitməyib, ona yardıma qoşmayıb, ancaq onu itkin düşmüş qardaşına görə – KQB mayoru! – soğan kimi, obrazlı desək, Məşədi Ibad kimi soyub, soyub, soyublar – “fəlsəfə elmləri doktoru” adı daşıyan yolsuz qadınlardan tutmuş, generallaradək! Dövlət strukturları E.Abdullayevin çıxılmaz durumundan yararlanmaq üçün bütövlükdə DƏLƏDUZLUQ yolu tutub. Di gəl, nəyə görəsə faktiki olaraq dələduzluq fiqurantına çevrilən çoxlu sayda kimsədən yalnız birinə belə bir maddə ilə cinayət işi açılıb. Sonra da bütün rejim-partiya resursları yalnız bir dələduzu qaralamaqla SUDAN QURU ÇIXMA çabalarına girişib.
Durumun ağırlığı bunları indi ən riskli addımlar atmağa belə, yönəldir. I.Əliyevin BP-i ilə bağlı kəskin çıxışı belə riskli addımlardandır. I.Əliyev rejimi gözdən salan bir qovğanın – Gülər Əhmədova qovğasının effektini azaltmaq üçün başqa bir qovğaya start verdi. Sən demə, BP-nin “kobud səhvləri” üzündən Azərbaycanın dövlət büdcəsi 8 milyard manat pul ititib. Sən demə, ölkədə buna görə durmadan qiymət artımı baş verirmiş. Sən demə, buna görə xalq yoxsulluq içində yaşayırmış, buna görə pensiyalar, aylıqlar dilənçi payı yerindəymiş. Sən demə, Ilham Əliyevin atadanqalma komandası buna görə – pulsuzluq üzündən – rüşvəti-korrupsiyanı dövlət siyasətinə çeviribmiş!
Istər 1993, istərsə də 2003-cü illərdə ata-oğul Əliyevlərin hakimiyətə yiyələnməyində BP-i başlıca rol oynamışdı. Bundan başqa, BP-i uzun illərdən bəri dünyanın əli yetən hər yerində ata-oğul Əliyevlərin lobbiçiliyini üzərinə götürməklə, xalqa azacıq da bağlılığı olmayan korrupsioner Əliyevlər hakimiyətinin uzun sürə ayaqda qalmasına qarantiya yaratmışdı. Neft-qaz resursları da hər ikisinin (istər BP-nin, istər Əliyevlərin) istəyincə bölüşdürülmüşdü. Işlər yağ kimi gedirdi. Ortada da Azərbaycanın yalançı “dövlət büdcəsi” adına Əliyevlərin gerçək Ailə büdcəsi vardı. Vikiliksin yazdığına görə, birdən ortaya belə fakt çıxır: BP-i 10 milyard dollarlıq neft oğurlayıb. Uzun dartışmadan, I.Əliyevin “bunu xalqa bildirərəm” qorxutmasından sonra yarı yarıya uzlaşma əldə olunur. Beləcə, barışıq yaranır. Ancaq o, xalq adına bağlı pay bölgüsünü nə BP-i unudur, nə də onun arxasındakı güclər. Rejim üçün çətin bir dönəmdə – seçkiyə az qalmış – B.Britaniya parlamenti ortaya konkret faktlar qoymaqla ata-oğul Əliyevlərin təkcə ofşor zonalardakı 48 milyard dollarlıq oğurluğunun üstünü açır…

Britiş petroleum, al gəldi: hücum, hücum!
•