Heydər Əliyevin qızının ad günü niyə yada düşmür?
Ölkə başçısı Ilham Əliyevlə bacısı Sevil Əliyevanın münasibətlərində gərginlik olması barədə dəfələrlə yazılıb. Bu gərginlik Heydər Əliyevin ölümündən sonra yaranıb. Gərginlik o həddədir ki, Sevil Əliyeva tədbirlərin birində Ilham Əliyevin bacısı kimi təqdim edilməsinə etirazını bildirərək “Məni Heydər Əliyevin qızı Sevil Əliyeva kimi təqdim edin” demişdi.
Ilham Əliyevlə Sevil Əliyevanın münasibətlərindəki gərginlik bütövlükdə hökumətdə Heydər Əliyevin qızına münasibətin dəyişməsinə səbəb olub. Təsəvvür edin, dünən Sevil Əliyevanın doğum günü idi. Lakin heç bir telekanalda, rəsmi qəzetdə bircə təbrik belə gözə dəymədi. Halbuki telekanallar və rəsmi qəzetlər ailənin digər üzvlərinin həyatlarındakı əlamətdar günlər barədə geninə-boluna materiallar yayırlar.
Bu fakt bir daha onu göstərir ki, Heydər Əliyevin övladları arasındakı ziddiyyətlər çox dərindir.