Maşın avtobus dayanacağına girdi: 2 ölü, 4 yaralı

Bakıda dəhşətli qəza baş verib

Bu gün axşam saatlarında Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, maşını dayanacaqda avtobus gözləyən sərnişinlərə üstünə sürüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Suraxanı rayon polis idarəsi faktı Lent.az-a təsdiqlədi.

Hadisəinin təfsilatı dəqiqləşdirilir.