Ərdoğan və Davudoğlu Bakıya gəlir

İƏT Nazirlər Şurasının toplantısına ilk dəfə olaraq Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri də dəvət edilib.

Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)  12-ci Sammitinə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılacaq. APA-nın məlumatına görə, o, Bakıya oktyabrın 16-da gələcək.

Oktyabrın 15-də isə bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu Samit çərçivəsində keçiriləcək Nazirlər Şurasına qatılmaq üçün Azərbaycana gələcək.

İƏT-in Nazirlər Şurasının toplantısına ilk dəfə olaraq Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri də dəvət edilib.