Türkiyə Suriya sərhədinə F-16 göndərdi

Suriya qırıcılarının Türkiyə ilə sərhəddəki Azmarin qəsəbəsini bombalaması barədə xəbər yayılan kimi türk ordusuna aid 2 “F-16” qırıcı təyyarə havaya qaldırılıb. Adının açıqlanmaması şərti ilə danışan bir rəsminin sözlərinə görə, Bəşər Əsəd rejimi müxaliflərin əlinə keçən qəsəbəni bombalaması üçün bir vertolyot göndərəndən sonra türk qırıcıları Diyarbəkirdəki hərbi bazadan havaya qaldırılılıb.

“Doğan” agentliyinin xəbərinə görə, F-16 qırıcıları sərhədin pozulub-pozulmadığını dəqiqləşdirmək üçün havaya qalxıb. Qırıcılara sərhədin pozulması halında qarşı tərəfin zərəriszləşdirilməsi əmri verildiyi deyilir.