Tale Bağırzadə sonuncu hicab məhbusuna dəstək ifadə etdi

Əziz həmvətənlərim, bacı və qardaşlarım!
Bildiyiniz kimi, hicab məhbusu Telman Şirəliyev 6 il azadlıqdan məhrum edilmişdi və o haqq etmədiyi halda verilən cəzasını çəkib oktyabr ayının 5- də azadlığa çıxmalı idi. Amma rejimin ədalətsizliyi təkçə insanları şərləyib həbs etməklə bitmir. İndi də siyasi məhbuslarla bağlı başqa bir məkrli planı həyata keçirməyə başlayıblar. Azadlığa çıxmağa az qalmış onları təkrar şərləyib yenidən həbsə məhkum etmək planı…
Şeytan belə bunların ağlına heyran qalıb desək, heç yanılmarıq.
Telman Şirəliyev sonuncu hicab məhbusudur və o əfv ərizəsi yazmadığına görə indi ondan bunun heyfini çıxırlar. Ölkədə hər kəs öz azadlığının sərhədləri içərisində yaşamalıdır və bu gün hicablı qızlarımız əgər məktəbə rahat gedə bilirsə, məhz Telman kimi oğulların əzmi hesabınadır.
Azərbaycan xalqı hər zaman belə qəhrəmanların arxasında olmalıdır. Bu rejimə imkan vermək olmaz ki, o bildiyi bütün məkrli planları belə rahatlıqla həyata keçirsin. Artıq buna bənzər hallar adət halını almağa başlayıb. Yaxında Məmməd İbrahimi də eyni şəkildə güya öz aləmlərində cəzalandırdılar. Demək ki, razılaşmaq yeni-yeni ədalətsizliklərə yol açmaqdı.
Biz Müsəlman Birliyi olaraq Telman və onun kimi yaşadığı ölkədə ifadə və etiqad azadlığı istəyən hər bir kəsin arxasındayıq və sonuna qədər də bu mübarizəni dəstəkləyəcəyik.

Qobustan həbsxanası, Tale Bağırzadə