Azərbaycanlı Moskvada bir çemodan qızılla tutuldu

Moskvanın Vnukovo aeroportunda Azərbaycan vətəndaşı Sabit Məmmədov saxlanılıb. Lent.az-ın Rusiyanın NTV kanalına istinadən verdiyi məlumata görə, Sabit Məmmədov çemodanda Moskvaya 201 ədəd qızıl üzük aparmaq istəyirmiş.

Qızılın ümumi dəyəri 7 milyon rubldan (təxminən 210 min dollar) çoxdur.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.