Əməkdaşımıza qarşı cərimə hökmü qüvvədə qaldı

Şirvan apelyasiya məhkəməsi “Azadlıq” qəzetinin reportyoru Ramin Dekonun şikayətini təmin etmədi. Bu barədə “Azadlıq”a məlumatı vəkil Fariz Namazlı verib.
Deputat Novruzəli Aslanovun şikayəti əsasında Lənkəran rayon məhkəməsinin çıxartdığı qərardan jurnalist apelyasiya şikayəti vermişdi.
“Oktyabrın 9-da məhkəmə jurnalistin şikayətini təmin etməyib. Lənkəran rayon məhkəməsinin Novruzəli Aslanovun lehinə çıxartdığı 3 min manat tzminat qüvvəsində qaldı”, – deyə vəkil bildirib.

İnformasiya şöbəsi