Metroda hərəkət dayandı

Bakı Metropoliteninin “Dərnəgül” stansiyasına hərəkət edən qatar “Nizami” və “Elmlər Akademiyası” stansiyaları arasında qalıb.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, maşinist sərnişinlərə vaqonda texniki problemin yarandığını elan edib.

Bakı Metropolitenindən Trend-ə məlumatı təsdiqləyiblər. Məlumata görə, qatarda texniki problem yarandığından, həmin vaqon depoya aparılıb. Sərnişinlər isə stansiyada boşaldılıb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatarda yaranan sıxlıq zamanı 18-20 yaşlı iki qızın vəziyyəti pisləşib. Onlara tibbi yardım göstərilib.

Eyni zamanda, bir müddət qatarların cədvəl üzrə hərəkətində problem yaranıb.