Şabranda üzümçülər kimyəvi məhluldan zəhərləniblər

Şabran rayonunda üzümçülüklə məşğul olan “Turaz” MMC-nin iki əməkdaşı zəhərlənib.

Zəhərlənən şəxslər rayonun Gəndov qəsəbə sakinləri 56 yaşlı Sevda Musayeva və 62 yaşlı Xalid Şəfaqətovdur.

Onların iş zamanı kimyəvi məhluldan zəhərləndikləri bildirilir.