Elşad Abdullayevin əlində onun ayrı-ayrı məmurlarla görüşlərinin əks olunduğu videoçəkilişlərin də olduğu bildirilir. “Bizim Yol” qəzetinin yazdığına görə, Abdullayevə yaxın mənbə bildirib ki, sabiq rektor qardaşı Mahir Abdullayevın oğurlanması ilə bağlı həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olan Məhərrəm Əliyevlə də görüşüb. ABU rektoruna məxsus restoranların irində baş tutan görüşü Elşad Abdullayev videolentə aldırıb. Məlumata görə, Elşad Abdullayevlə Məhərrəm Əliyevin 2 saata yaxın çəkən söhbətində ayrı-ayrı güc nazirliklərinin rəhbərliyində olan şəxslərin adı çəkilib.
Söhbət zamanı Məhərrəm Əliyevin «imkan vverilsə, mən bu işin axırına çıxacağam» dediyi bildirilir.