“Guardian” Hüsnü Mübarəki “qaçırtdı”

 


 

Bütün dünyanın gözü ərəb ölkələrinə çevrilib.  Tunisdə baş vermiş inqilabdan sonra indi də diqqət Misirdədir.

Dünyanın ən böyük media orqanları Misirdən xəbərləri tirajlayırlar. İngiltərənin “Guardian” qəzeti isə Misirin prezidenti Hünsü Mübarəkin karikaturasını yayımlayıb. Karikaturada H.Mübarək dollarla dolu çemodanı qoltuğuna vuraraq onu Səudiyyə Ərəbistanına aparacaq təyyarəyə doğru qaçır.

Xatırladaq ki, Tunisin keçmiş prezidenti Zeynaləbdin Bin Əli də Səudiyyə Ərəbistanın qaçmışdı.