İran Əsədin məğlubiyyətini etiraf etdi

Əli Əkbər Salehi:“Hökumət Suriyanın 14 şəhərindən 5-nə nəzarəti itirib”

İran Suriyada hakimiyyət əleyhinə etirazlar başlanandan bu yana ilk dəfə Bəşər Əsədin məğlubiyyətini etiraf edib. Bəşər Əsəd rejiminin əsas hərbi və siyasi dəstəkçisi İranın xarici işlər naziri Əli Əkbər Salehi Almaniyanın “Der Spiegel” dərgisinə mühasibəsində gözlənilməz fikirlər səsləndirib. Nazir Bəşər Əsədin Suriyanın 14 şəhərindən 5-də nəzarəti itirdiyini deyib.

Suriya rejimini müxaliflərə qarşı kimyəvi silahdan istifadə edə bilmə ehtimalına toxunan iranlı nazir Əsəd rejiminə xəbərdarlıq ünvanlayıb:“Xalqına qarşı kimyəvi silah istifadə edən hökumət devrilər”.